Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycandan aparılan 20 ton tütün məhsulu Rusiyaya buraxılmadı

Azərbaycandan aparılan 20 ton tütün məhsulu Rusiyaya buraxılmadı

 

Rusiya-Azərbaycan sərhədində yerləşən "Yaraq-Qazmalar" gömrük buraxılış məntəqəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri Azərbaycandan aparılan 20 ton qıcqırdılmış tütün məhsulunu saxlayıblar

 

Yenixeber.org: Bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, daşınan tütünün sənədləri saxta olub, ona görə də, yük Rusiya ərazisinə buraxılmayıb.

Məhsul sahibinə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi üzrə (Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması) inzibati protokol tərtib olunub.

Bildirilir ki, ilin əvvəlindən Dağıstan müfəttişləri Azərbaycandan 70 tondan çox xiyar, pomidor, nar və digər məhsulların Rusiya ərazisinə keçirilməsinin qarşısını alıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam