Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millimiz Belçikada 5 medal qazandı

Millimiz Belçikada 5 medal qazandı

 

 

 

Gent şəhərində (Belçika) keçirilən bədii gimnastika üzrə “Happy Cup” beynəlxalq turnirində yığma komandamız hesabına 5 medal yazdırıb

 

]Yenixeber.org:Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, millimizin üzvü Zöhrə Ağamirova 27 iştirakçı arasında qüsursuz çıxışı ilə fərqlənərək ilk qızılını məhz ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Bu uğurun ardınca yarış meydançasında öz kompozisiyalarını daha da cəsarətlə icra edən gimnastımız halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq növbəti 3 qızıl medala yiyələnib və bununla da Gentin idman arenasında 4 dəfə Azərbaycan himnini qürurla səsləndirməyə müvəffəq olub. Zöhrə 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam