Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda yeni videoportal yaradıldı

 Azərbaycanda yeni videoportal yaradıldı

 

 

 

 

Azərbaycanda videoxəbərlərin təqdim olunması, eləcə də, gündəmə uyğun maraqlı videoların yerləşdirilməsi məqsədilə Bax.tv video portalı yaradılıb

 

Yenixeber.org: portal Azərbaycanda və dünyada baş verən müxtəlif mövzulu hadisə və xəbərləri qısa və ortametrajlı videolar vasitəsilə, 24 saat ərzində geniş auditoriyaya çatdırır.

Müasir dizayn və rahat naviqasiyaya malik olan Bax.tv portalı informativ və populyar videoları izləyicilərin ixtiyarına verir.

Bax.tv video plaftorması müxtəlif xəbər saytlarına videokontentin yerləşdirilməsi imkanı yaradır. Ölkənin populyar xəbər saytları bu platforma vasitəsilə video yükləyə və xüsusi kod əldə edərək, portalda təqdim olunan videonu öz saytlarına yerləşdirə bilərlər.

Saytın layihə rəhbəri Araz Davudun sözlərinə görə, yeni yaradılan portal izləyicilər üçün maraqlı videoxəbərlər təqdim edəcək:

“Videoların seçimi yerli auditoriya üçün nəzərdə tutulub. Biz xəbərləri videolar vasitəsilə çatdıracağıq. Bu da oxucuları müxtəlif saytlara daxil olub xəbər oxumaqdan azad edəcək. Fikrimizcə, videokontentə artan maraq bu layihənin uğur qazanmasında önəmli faktor olacaq”.

Bax.tv portalda qeydiyyatdan keçən istifadəçilərin videokontentini monetizasiya etmək imkanı da yaradır. Əgər hər hansı istifadəçinin maraqlı videoları və izləyici auditoriyası varsa, Bax.tv ilə qazana bilər. Bunun üçün saytda qeydiyyatdan keçmək və izləyicinin diqqətini cəlb edəcək kontent yerləşdirmək kifayətdir.

Yaxın gələcəkdə saytın mobil əlavəsinin təqdim olunması gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam