Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlik 1700 nəfəri borca görə məhkəməyə verdi

Nazirlik 1700 nəfəri borca görə məhkəməyə verdi

 

Hazırda Azərbaycan əhalisinin təxminən 37%-i kənd təsərrüfatı sahəsində çalışır

 

Yenixeber.org: Bunu 1 noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədovun sözlərinə görə, dövlət başçısının da dediyi kimi, neft gəlirlərinin artdığı, əhalinin asan gəlir əldə etdiyi dövrdə kənd təsərrüfatına göstərilən diqqət kifayət qədər olmayıb: "Son 4 il ərzində 260-a qədər Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları qəbul olunub. Bu, hər həftəyə bir fərman, qərar yaxud sərəncamın dəyişilməsi deməkdir".

Nazir qeyd edib ki, "Aqrolizinq" ASC son 4 ildə 20 mindən çox texnika gətirib: "Bu il ərzində isə 10 min texnika gətirilib. Bu isə hər ay 800 texnikanın gətirilməsi, satışı və quraşdırılması deməkdir. "Aqrolizinq"lə bu işə başlayanda mənə deyirdilər ki, siz uğursuz işlə məşğul olursunuz".

H.Əsədov Nazirliyin məhkəmə çəkişməsindən də danışıb: "O gün hüquq şöbəsini qəbul etmişəm. Mənı deyirlər ki, təkcə bu il kənd təsərrüfatı texnikasına görə borcunu ödəməyən 1700 nəfəri məhkəməyə vermişik".

L.Ə.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam