Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Cabbarov qardaşının qatilinin başını kəsmək istədi– VİDEO

Cabbarov qardaşının qatilinin başını kəsmək istədi

 

Bərdə rayonunda 28 yaşlı Mövlan Cabbarov Şirvanlı kənd sakini Xaliq Məmmədovu bıçaqlayıb

 

Yenixebr.org: ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Dəymədağlı kənd məzarlığında baş verib.

Kənd sakinlərindən birinin dəfni zamanı Cabbarov 9 il əvvəl qardaşını öldürən Xaliq Məmmədovla qarşılaşıb. Onun bədəninin müxtəlif nahiyələrinə bıçaq xəsarəti yetirdikdən sonra başını boyun nahiyəsindən kəsməyə çalışıb. 

Həmkəndlilərin müdaxiləsindən sonra Xaliq Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun ağız, qulaq, boyun nahiyəsindən bıçaq xəsarətləri aldığı, daxili qanaxmasının olduğu bildirilib. Cərrahiyyə əməliyyatı olunan Bərdə sakininin vəziyyətinin ağır olduğu açıqlanıb.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Mövlan Cabbarov hadisədən sonra polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam