Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Müəllimlər Günündə müəllimlərəHÖRMƏTSİZLİK

Müəllimlər Günündə müəllimlərə

 

“Ali və Nino”dan müəllimlərə hörmətsizlik

 

Yenixeber.org: “Ali and Nino” kitab evində 5  oktyabr - Müəllim günü münasibətilə təşkil olunan endirim kampaniyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, endirim təklifi ilə bağlı afişada açıq-saçıq geyimdə müəllim obrazı əks olunub. Bu isə sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub.

Oxu.Az xəbər verir ki, həmin kitab evi “Şəkildəki hansı müəllimdir elə? Daha çox porno ulduzlarına oxşayır. Kitab və müəllim adının keçdiyi yerdə bu cür fotoşəkil arzuolunan deyil” kimi şərhlərlə sərt şəkildə tənqid edilib.

Lakin “Ali and Nino”nun səhifəsinə yazılan tənqidi sözlərdən sonra sözügedən fotoşəkil silinib.

Qeyd edək ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya “Müəllim günü” kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkmək üçün nəzərdə tutulub.

Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.

Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllim günü” qeyd edilir. 

Müəllimlər Günündə müəllimlərə

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam