Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudovun 2-ci bankiri də həbsə göndərilir- İDDİA

 “Beynəlxalq Bank işi”nin “Azəriqazbank işi” uzantısı; Çingiz Əsədullayevin gizlinləri aşkara çıxarılır

 

Yenixeber.org: Eldar Mahmudovun və onun dəstəsinin ifşasından sonra mediada ən çox adı hallandırılanlardan biri də “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev idi.

Uzun illər “MTN dağı”na söykənən Əsədullayev rəhbərlik etdiyi banka əmanət olunan mal-mülkə əziyyətsiz sahiblənə bilirdi. Qanunsuz pul köçürmələri haqda da həmin illərdə xəbərlər bir-birini əvəzləyirdi. Əsədullayevin kölgəsinə sığınıb “qara işlər” gördüyü Eldar Mahmudov 2 il əvvəl gözlənilməz şəkildə “vuruldu”. 

Bundan sonra “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər hallar barədə, demək olar ki, hər gün mətbuatda müxtəlif yazılar dərc olunmağa başladı. Ç.Əsədullayevin adı Beynəlxalq Bankda dövlətin milyardlarla manat vəsaitinin talan edilməsinə də qarışdı. Eldar Mahmudovun qudası Cahangir Hacıyevin köməkliyi ilə qanunsuz əməllərə imza atmış Ç.Əsədullayev “Beynəlxalq Bank işi”ndə dindirilərkən çətin suallar qarşısında qalmışdı. Onun adının Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Bildirilirdi ki, Ə.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub. Belə xəbərlər vardı ki, Beynəlxalq Bankdan talan olunan milyardların bir hissəsini Mahmudov-Hacıyev çetesi Ç.Əsədullayevin rəhbərlik etdiyi bank üzərindən ofşorlara transfer ediblər. Amma nədənsə Beynəlxalq Bankdakı maxinasiyalara görə həbs olunanlar sırasında Ç.Əsədullayevin adına rast gəlinmədi.

Image result for Çingiz Əsədullayev

“Beynəlxalq Bank işi”ndən əvvəl də Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar vardı. 2014-ci ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarda bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırdı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi. E.Mahmudovun “vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib.

Image result for Azəri Qaz bank

Eldar Mahmudov işdən çıxarılandan, Cahangir Hacıyev həbs ediləndən sonra onların “qara işlər”ində adı keçən Ç.Əsədullayevin ölkədən birdəfəlik getmək istəyi haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Ç.Əsədullayev xəstəlik adı ilə ölkədən kənara çıxıb geri qayıtmaq istəmir. Sonradan isə ona ölkədən çıxmağa imkan verdilər. Belə xəbərlər yayıldı ki, Əsədullayevin planını önləyəcək addımlar atılandan sonra ona ölkədən çıxmaq izni veriblər. Şərt də bu olub ki, əgər Əsədullayev geri dönməsə, bankı və digər siyahıya alınmış əmlakları digər şəxslərin mülkiyyətinə keçəcək. Digər bir məlumata görə, Əsədullayevin həbsdən yaxasını qurtarması istintaqla əməkdaşlığa getməsi ilə əlaqəli olub. O, “qara pul” ötürmələri haqda məlumatları istintaqa təqdim edib. 

“Azəriqazbank” əsasən tikinti sektoruna kreditlərin ayrılması və işlərin icrasına nəzarətlə məşğul olub. Bu məqsədlə E.Mahmudova və özünə yaxın tikinti şirkətlərinə böyük kreditlər ayırıb. Sonradan isə həmin kreditlərin geri ödənişləri üçün qanunsuzluqlar baş tutub. “MTN çetesi” çökəndən sonra paytaxt sakini Sədaqət Hüseyn qızı Namazova mətbuata ünvanladığı müraciətində “AGBank” tərəfindən hüquqlarının pozulduğunu iddia etmişdi. Bildirmişdi ki, bankın əməkdaşları hər vasitəyə əl ataraq girov qoyulan evləri ələ keçirir, barələrində məhkəməyə şikayət etdikdə isə saymazyana şəkildə məhkəmələrdə iştirak etməkdən yayınırlar.
Sitat:

“2008-ci ildə iki nəfərlə birlikdə mən də 4 otaqlı evimi girov qoyaraq ”Azəriqazbank"dan 250 min dollar kredit götürdük. Bir il ərzində şəxsən mən banka 119 min 188 dollar ödəniş etdim. Ümumilikdə isə bizim tərəfimizdən banka 165 min dollar pul daxil olmuşdu. 2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub. Belə olacağını gözləmirdik. 240 min dollar açıq-aşkar şişirdilmiş rəqəm idi. Bununla bağlı bank rəhbərliyinə şikayət etdikdə “kimə istəyirsiz şikayət edin, sizin müraciətlərinizə heç kim baxmayacaq, evlərinizi isə əlinizdən alacağıq” cavabını aldıq". 

Şikayətçi bildirmişdi ki, vəziyyətin qəlizləşdiyini gördükdə problemin ədalətli şəkildə həllinə nail olmaq üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib:

Sitat: “Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi. Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111, mənzil 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta paltarımı belə evdən çıxarda bilmədim. Nəhayətdə evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbayel Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apelyasiya Məhkəməsinə verdi. Apelyasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbayel Rayon Məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var. Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq, məhkəmə çıxarılan qərarı qüvvədə saxladı”.

Çingiz Əsədullayev əlində olan imkanlardan, eləcə də bəzi yüksək çinli məmurlarla əlaqələrindən istifadə edərək rəhbərlik etdiyi bankın üzləşdiyi problemləri asanlıqla yoluna qoymaqla yanaşı, müştərilərin hüquqlarını da pozmaqdan beləcə çəkinmirdi.

İddialara görə, Ç.Əsədullayev Eldar Mahmudovun tikinti sahəsində həlledici mövqeyə sahiblənməsi üçün zamanında mühüm rol oynayıb. Himayəçilərini və mandatını itirəndən sonra Ç.Əsədullayevin MTN generalitetinin sahibkarlardan reket yolu ilə alınmış pulların “yuyulması”nda iştirakı da araşdırılıb. Belə xəbərlər var ki, bu günə kimi həmin araşdırmalarla bağlı hər hansı bir hərəkətlilik olmayıb. İstəməyiblər ki, “Beynəlxalq Bank işi” ilə “Azəriqazbank işi” bir-birinə qarışsın. Hazırda həmin araşdırmaların nəticələrinin rəsmiləşdirilməsi üçün tədbirlər görüldüyü iddia olunur.

 

Musavat


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam