Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müğənnilər Hacıbala Abutalıbovun tənqid olunduğu video haqda:“Zarafatdır...”

 

Ötən gün müğənnilərin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətini tənqid edən video yayılıb. Belə ki, Günay İbrahimli, Murad Arif, Sevda Yəhyayeva, Elçin Cəfərov, Nadir Qafarzadə, Xəyyam Nisanov, Manana kimi populyar müğənnilər Abutalıbov haqda yazılan mahnını ifa ediblər.

Yenixeber.org: “Planet Parn iz Baku” tərəfinən hazırlan mahnıda köşklərin sökülməsi, mərmərli parkların salınması, yağış yağan zaman küçələrin sürüşkən olması, tıxac, yolların daim qazılması, və s. problemlər əks olunub.

Sözügedən görüntülər sosial şəbəkədə geniş müzakirə olunub və məşhurların Bakı merini tənqid etdikləri  yazılıb.

Musavat.com videoda yer alan müğənnilərlə əlaqə saxlayıb və onların fikirlərini öyrənib.

Müğənni Günay İbrahimli bildirib ki, mahnı zarafatla yazılıb: “Təxminən 3 il əvvəl Cabir və Tahir İmanovlar mənə müraciət etdi. Belə komediya janrında bir video çəkiləcəyini bildirdilər. Onları say-seçmə müğənnilərin bir araya gəlib mahnı oxuyacağımı dedilər. Yəni, media bunu sərt tənqid və s kimi qələmə verdi. Halbuki, zarafat dolu bir videodur. Burda qəbahət heç nə görmürəm”.

Bəstəkar-müğənni Murad Arif mahnının KVN komandası üçün yazıldığını deyib: “Bu, KVN üçün yazılmış rolikdir. “Planet Parni Iz Baku” komandasının, Heydər Əliyev Sarayında baş tutan konsertində belə bir məzəli nömrəyə cəlb olunmuşduq. Bu KVN sayağı təbrik idi. Müəyyən bir açıqlamaya və ya şərhə ehtiyac yoxdur. KVN-çilər isə hər zaman tənqidçi olublar. Onları bu xüsusiyyətinə görə sevmişik. Bu videonun paylaşılmasında qərəz olduğuna inanmıram. Məncə, kimsə konsertə baxıb və o nömrəni bəyənib deyə, “Youtuba” ayrıca da yerləşdirib. Bununla da mediayadək gəlib çatıb, söhbət... Nə qərəz ola bilər ki, KVN-çilər hər zaman bu ampluada olublar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam