Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Məktəb direktoru şagirdinə təcavüz etdi

 

      İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktoru azyaşlı qıza təcavüz edib.
    "Xeberinfo.com": Bu barədə Axar.az-a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bir neçə gün öncə A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub:
 
“Qız toyu olmuşdu. Avqustun 2-də oğlan toyu olmalıydı. Ancaq qız birdən-birə yoxa çıxdı. Anası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdi. Polis axtarışa başladı. Qız yoxa çıxandan 3 gün sonra tapıldı və məlum oldu ki, onu məktəb direktoru aparıbmış".
 
Sakinlərkn sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinə rəhbərlik edir. Kənd yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla A.-nın 3 ildən çoxdur ki, münasibət varmış:
 
"Məktəb direktoru hazırda 18 yaşı olan A.-ilə 13-14 yaşından bəri münasibətdə olub. Qız bildirib ki, Zahid Namazov ona atalıq edir və guya mebel almağa aparıbmış. Necə atalıqdırsa, ananın bundan xəbəri yoxdur. A.-nın öz atası rəhmətə gedib. Direktorun qızın bakirəliyini bərpa etdirmək üçün həkimə apardığını öyrənən camaat etiraza qalxıb".
 
Kənd sakinləri məktəb direktorunun əxlaqsızlığına göz yummaq fikrində deyil. Ötən gün - iyulun 16-da 200 nəfərə yaxın kənd sakini rayon İcra Hakimiyyətində olub və direktorun kənddən çıxarılmasını tələb ediblər:
 
"Zahid Namazov nəinki məktəb direktoru işləyə bilməz, ümumiyyətlə kənddə qala bilməz. Ancaq İcra Hakimiyyətində məsələyə soyuqqanlı yanaşıblar. Kənd ağsaqqallarına deyiblər ki, sakitliyi qorusunlar, yaxınlarda tədbir görəcəyik. Ancaq biz gözləmək niyyətində deyilik, bu əxlaqsızlığın cavabı dərhal verilməlidir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam