Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri keçirilib

 

Ötən həftəsonu Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri  keçirilib. Yarışda 50 komanda, ümumilikdə 100 nəfər iştirak edib.

 

Yenixeber.org Modern.az-a istinadən xəbər verir ki, iştirakçılar  əvvəlcədən qeydiyyatdan keçərək yarışa qoşulublar. Hər komanda 2 üzvdən ibarət olub: kapitan (14 yaşınadək gənc) və onun bir ailə üzvü. Ailə üzvü olaraq bacı, qardaş, ana, ata, nənə və ya baba yarışda iştirak edib.

 

Turnirdə  ən gənc iştirakçının 6, ən yaşlı şahmatçının isə 75 yaşı olub.

 

Sürətli şahmat qaydalarına uyğun keçirilən turnir 5 mərhələdən ibarət olub. Komandalar qarşılaşarkən kapitan rəqib kapitanla, ailə üzvü isə rəqib komandanın ailə üzvü ilə mübarizə aparıb. Hər bir üzvün qazandığı xalların cəmi komandanın xalı kimi hesablanıb və ən çox xal toplamış komandalar turnirin qalibi elan olunub.

 

1-ci yeri Səbinə Rzalının (atası Süleyman Rzalı), 2-ci yeri Mirfamil Seyidlinin ( qardaşı Mirmövsüm Seyidli), 3-cü yeri İsmayıl Məhəmmədin (atası Fərman İsmayıl) komandaları qazanıb.

 

Tofiq Abdullayev (babası Mehmanağa Quliyev) və Rafael Bayramlının (atası Araz Bayramov) komandaları eyni xal qazandığından hər ikisi 4-cü yerə layiq görülüblər.

 

İlk 3 yeri tutan komandalar medal və sertifikatla, 4-cü yeri tutanlar isə sertifikatla təltif olunub.

 

Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və «Ağ At» şahmat klubunun müəllimləri nəzarət edib. 

 

Tədbir şahmatın inkişafı və təbliği, uşaq və yeniyetmələrin, şahmatsevərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam