Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı iş adamı qardaşı qızının toyuna görün kimləri gətirir? (FOTO)

Azərbaycanlı iş adamı qardaşı qızının toyuna görün kimləri gətirir? (FOTO)

 

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli yenidən Azərbaycanda qonaq olacaq. 

Yenixeber.org Primetime.az-a istinadən xəbər verir ki, bu yaxınlarda ikinci dəfə ailə qurması ilə gündəmə gələn sənətçinin ölkəmizə gəlmə səbəbi toylardan birində iştirak etməsidir. Belə ki, M.Ceceli paytaxtda yerləşən ticarət mərkəzi "Metropark"ın sahibinin qardaşı qızının 30 iyul tarixində Şəmkirdə baş tutacaq toyunda çıxış edəcək.

Ceceli Şəmkirə orkestri ilə birgə gəlir. Onun toydakı çıxışının qiyməti təxminən 30 min avrodur. Şəmkirin Şiştəpə kəndində keçiriləcək toyun idarə olunması müğənni Nuri Sərinləndiriciyə həvalə olunub. N.Sərinləndirici isə sözügedən toydan 18 min dollar qazanacaq.

Qeyd edək ki, ölkədə keçirilən dəbdəbəli və ən bahalı toyların məkanı məhz Şəmkirin Şiştəpə kəndidir. Belə ki, bu günlərdə orada Rusiyada fəaliyyət göstərən iş adamının oğlunun 4 gün, 4 gecə toy mərasimi keçirilib.

Murad Arif və Vəfa Zeynalovanın aparıcısı olduğu məclisdə Türkiyənin məşhur sənətçisi Kibariye çıxış edib. O, bu toydan 15 min dollar qonorar əldə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam