Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Sifarişçilər həqiqətlərin gizli qalmasında maraqlıdırlar” -Sabiq bankir bəyanat yaydı

 

cahangir_haciyev

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mayın 8-də vəkilləri vasitəsilə bəyanat yayıb.

Yenixeber.org:  Bankir onun “siyasi məhbus” kimi tanınmaqdan ötrü müxtəlif vasitələrə əl atması haqda bir sıra saytlarda yazılanlara etiraz edir. Hesab edir ki, həmin yazılar sifarişlə yazılır. Sifarişçilər də Beynəlxalq Bankla bağlı həqiqətlərin gizli qalmasında maraqlı olan adamlardır.
15 il müddətinə azadlıqdan məhrum etmə cəzası alan Hacıyev siyasi məhbus kimi tanınması üçün heç bir addım atmadığını bildirməklə yanaşı, özünün ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsinin siyasi məhbus kriteriyalarından biri olduğunu da söyləyib.

“Mən Cahangir Hacıyev olaraq, siyasi məhbus kimi tanınmaq istiqamətində heç bir addım atmamışam. Vəkillərim də bu məqsədlə heç bir quruma, heç bir şəxsə müraciət etməyib”- deyə Cahangir Hacıyev bəyanatında qeyd edir.
Cahangir Hacıyev bəyanatında bir daha məhkəməsinə ədalətli baxılmaması məsələsinə toxunub.O, mayın 8-də apelyasiya şikayətinin baxıldığı məhkəməsində vəkillərinin vasitətlərinin təmin edilmədiyini və hüquqlarının pozulduğunu deyib: ““Siyasi məhbus” kimi tanınmaqdan ötrü müxtəlif vasitələrə əl atmağım haqda bir sıra saytlarda yazılanlara etiraz edirəm. Həmin yazılar sifarişlə yazılır. Sifarişçilər də Beynəlxalq Bankla bağlı həqiqətlərin gizli qalmasında maraqlı olan adamlardır.

Mənimlə bağlı məhkəmə prosesi ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır. Məhkəmə də müəyyən məsələlərin üzə çıxmasının qarşısını almağa çalışır. Mənə “Mekon” MMC və “Unioil” MMC ilə bağlı mənimsəmə ittihamı verilib. Amma əllərində rəsmi sənədlər var ki, həmin vəsait “Elite Construction”ın səhmlərinin alınmasına sərf olunub. Məhkəmədə də bu məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsi haqda vəsatət qaldırsalar da, təmin olunmadı. Bakı Apellyasiya Məhkəməsində vəkillərimə çıxış etməyə belə, imkan verilmir. Vəkillərim məhkəməyə 12 vəsatət təqdim edib.
Məhkəmə bir qərarla bu vəsatətlərin heç birinin təmin olunmadığını elan edir. Halbuki, o vəsatətlərin təmin olunması bir xeyli həqiqətləri ortaya çıxarardı. Üstəlik, qanunda açıq şəkildə yazılıb ki, verilən vəsatətlər bir-bir elan olunmalı, müzakirəyə çıxarılmalıdır. Bizim məhkəmədə isə qanunun bu tələblərinin heç birinə əməl olunmadı. Bunlar Beynəlxalq Bankla bağlı həqiqətlərin açılmasına əngəl yaratmaq, dövlət başçısının göstərişinə qarşı çıxmaqdır. Çünki prezident bu məsələlərin ciddi araşdırılmasına göstəriş verib”.

Sabiq bankir bəyanatının sonunda xatırladıb ki, siyasi məhbus kimi tanınmaq üçün heç bir addım atmasa da onun işinə baxılarkən prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, onun ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsi siyasi məhbus kriteriyalarından biridir.
Qeyd edək ki, C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunaraq həbs ediliblər.

C.Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir. Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də haqqındakı hökmdən apellyasiya şikayəti verib.

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam