Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Horadizdə su festivalı keçirildi -FOTOLAR

Horadizdə su festivalı keçirildi -

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti gündən-günə gözəlləşən Horadiz şəhərində davam edib.

Yenixeber.org:  Füzuli rayonunda su səyahətinə Araz çayından su götürülməklə start verilib. Horadiz şəhər 1 nömrəli tam orta məktəbin III sinif şagirdi Zenfira Zalova, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Fərrux Qurbanov, karate üzrə Avropa və dünya çempionu İsrail Əsgərov “Bakı-2017”in misdən hazırlanmış səhəngini Araz çayının suyu ilə doldurublar. Sonra Horadiz Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

“Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Horadiz şəhərindəki “Qəhrəmanlar” parkında möhtəşəmm su festivalı keçirilib, konsert proqramı təşkil olunub.

Minlərlə rayon sakininin iştirak etdiyi festivalda  IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhənginin Horadiz sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Füzuli rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Füzuli mərhələsinə nəzər salınıb.

Qəhrəmanlar parkında keçirilən festivalı əsl xalq bayramına çevrilib rayon sakinlərində yüksək əhval-ruhiyyə yaradıb.

Su festivalında iştirak edən rayon sakinləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su festivalının Horadiz şəhərində təşkil olunmasına görə Azərbaycanın birinci-vitse prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, oyunlar Azərbaycanın dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının, ölkəmizdə hökm sürən əmin-amanlığın göstəricisidir.

Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb

<!--EndFragment-->

Horadizdə su festivalı keçirildi -
Horadizdə su festivalı keçirildi -
Horadizdə su festivalı keçirildi -
Horadizdə su festivalı keçirildi -
Horadizdə su festivalı keçirildi -

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam