Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş nazirə qarşı şok iddia

 

Türkiyə parlamentinin müxalif Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Sinan Oğan iddia edir ki, ölkənin Mosuldakı (İraqın şimalı) konsulluğu Ankaranın əmri ilə ələ keçirilib. 

"Xeberinfo.com": Məlumata görə, bu barədə Türkiyənin "CNN Türk" telekanalı xəbər yayıb. Onun sözlərinə görə, Ərdoğan hökuməti konsulluğun əməkdaşlarına terrorçu qruplaşmanın yaraqlılarına əsir düşməyi əmr edib.

O bildirib ki, müxalifətdə bununla bağlı sübutlar var və bu günlərdə onun sözlərini təsdiqləyən sənədlər dərc olunacaq. Dünən Mosuldakı Türkiyə konsulluğunun əməkdaşları hazırda yaraqlıların nəzarəti altında olan şəhəri tərk edə bilməyiblər. Bundan sonra Türkiyə hökuməti bəyan edib ki, konsulluğa hücum olunub və diplomatik missiyanın 48 əməkdaşı yaraqlılar tərəfindən girov götürülüb.

Son məlumatlara görə, bir az əvvəl Mosul və Tikriti ələ keçirən "İraq və Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları Bağdadı tutmağı planlaşdırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam