Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Saxta viza qalmaqalı -7000 dollar cərimələnə bilərsiz

 

Bakıda sizin üçün viza düzəldəcəyini deyən dələduzlar peyda olub.

Xeberinfo.com:  Bu barədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, artıq bu problem kütləvi hal alıb: “Bakıda kimsə qısa müddətdə Kanadaya və digər ölkələrə təhsil, turizm vizası almağa söz verib, onlardan bir neçə min dollar pul alıb, qısa müddətdə vizalarını verib. Həmin vizalardan biri ilə Gürcüstandan Kanadaya uçmağa hazırlaşan bir ailəni hava limanında saxlayıblar, baxıblar ki, viza saxtadır, onları 7000 dollar cərimə edib, buraxıblar. Vizaların bəzilərində aşağıda Pakistan, Hindistana aid qeydlər olub. Nümunə vizalar internetdən götürülüb, fotoşopla düzəldilib, çap edilib pasporta yapışdırılırmış .

Cərimələnən saxta vizalı şəxslər Bakıya qayıdıb polisə şikayət etdikdə, yüzlərlə belə şikayətin daxil olduğunu, həmin şəxsin artıq Bakıda olmadığını, araşdırmanın getdiyini bildiriblər. Deyilənə görə, işlə 5-ci Polis Bölməsi məşğuldur”.

Sosial şəbəkələrdəki müzakirələr zamanı istifadəçilər saxta vizaların bir neçəsinin fotosunu yayımlayıblar. Qeyd olunub ki, vizanın ən aşağısında “İND” sözləri yazılıb və bununla da həmin vizanın internetdən götürüldüyü bəlli olur.

Bu vizaların 5 ay öncə fəaliyyətə başlayan “Eduvisa” şirkəti tərəfindən verildiyi yazılıb. Həmin şirkətin Feysbuk səhifəsi hazırda bağlıdır, saytlarında göstərilən telefon nömrəsinə etdiyimiz zənglərə isə cavab verən olmadı.

“Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsa da, hələ ki, aidiyyatı qurumdan zənglərə cavab verən olmayıb.

Bakıda saxta viza qalmaqalı - 7000 dollar cərimələnə bilərsiz+Foto


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam