Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

15 mindən çox şagird 2 aldı

 

 

               TQDK iyunun 8-də olan ilk buraxılış imtahanının nəticələrini açıqlayıb

 

    "Xeberinfo.com": TQDK-dan əldə etdiyimiz məlumata görə, bu imtahanların nəticələri iyun ayının 10-da saat 21:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. 
     İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. 
IX sinif üzrə buraxılış imtahanında 39 731 şagirdi iştirak edib. Onlardan 6728-i “Ana dili”, 9052-si isə “Riyaziyyat” fənnindən 5 qiyməti alıb. 4808-i “Ana dili”, 6501-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti əldə edib.
XI illik təhsil bazasında 29 869 XI sinif şagirdi iştirak edib. Onlardan da 7616-sı “Ana dili” 6943-ü “Riyaziyyat” fənnindən “5”, 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat” fənnindən “2” alıb.
Qeyd edək ki, şagirdlər 2 qiyməti üçün 0-7, 3 üçün 8-17, 4 üçün 18-25, 5 qiyməti üçün isə 26-30 suala cavab veriblər. 
Qeyd edək ki, ilk buraxlış imtahanı bazar günü Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarında olub. 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam