Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

İlham Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşdən imtina etdi

Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşünü ləğv edib.

Xeberinfo.com:    BBC-yə istinadən xəbərə görə, bu barədə Avropa Parlamenti  rəhbərinin kommunikasiya şöbəsi bildirir.

Avropa Parlamentinin prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase BBC Azərbaycancaya, görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.Lakin o, əlavə edib ki, bu cür hadisələr "qeyri-adi" deyil.

Commonspace.eu xəbər saytı adları çəkilməyən mənbələrə istinadən görüşün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycan prezidenti ilə Antonio Tajani ilə görüşlə eyni vaxtda “Meydan TV”nin rəhbəri Emin Millinin iştirakı ilə nəzərdə tutulan tədbirin nəzərdə tutulması olduğunu bildirir. Xəbər verdiyimiz kimi bu tədbirə Bakıdan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılıın da qatılacağı gözlənilirdi. İnsan haqları ilə bağlı tədbirdə Avropa Parlamentinin ermənipərəst deputatlarının da iştirakı nəzərdə tutulurdu.

Bundan əvvəl prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federica Moqerini ilə görüşüb. İlham Əliyev bazar günündən etibarən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərdədir. O, Avropa İttifaqı və Azərbaycan arasında yeni əməkdaşlıq razılaşması barədə danışıqlar aparır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam