Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dustaqlara məzuniyyət veriləcək

 

Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərə, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlara məzuniyyət verilməsi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək. 

“Xeberinfo.com”: Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov deyib. İdarə rəisinin sözlərinə görə, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilmək üçün müvafiq təkliflər hazırlanır: "Müəyyən hadisələr zamanı, məhkumların əzizlərinin, doğmalarının xeyir-şər günlərində iştirak etmək üçün onlara məzuniyyət verilməsi nəzərdə tutulur. Təkliflər yaxın gələcəkdə parlamentə təqdim ediləcək. Bunun mexanizmi, məzuniyyətin hansı formada və nə qədər müddətə verilməsi məsələsi müzakirələrdən və Milli Məclis tərəfindən qanunvericiliyə dəyişikliklər qəbul edildikdən sonra dəqiq bilinəcək".
R.Ramazanov qeyd edib ki, hazırda Penitensiar Xidmətdə 15-20 il bundan əvvəlki münasibətlər tamam dəyişib. Getdikcə cəmiyyətin demokratikləşməsi, eyni zamanda, Penitensiar Xidmətdə aparılan islahatlar azadlıqdan məhrum edilmiş şəxslərə öz doğmaları, əzizləri, ictimaiyyət nümayəndələri ilə görüşmələrinə daha geniş imkan verir, daha yaxşı şərait yaradılır: "Ümumiyyətlə, bu gün penitensiar müəssisələrdə saxlanma şəraiti ilə bağlı heç bir ciddi problem yoxdur. Hətta elə müəssisələr var ki, orada o qədər tamaşa və konsertlər verilir ki, məhkumlar bəlkə də azadlıqda olarkən heç bu qədər teatr və konsertdə olmayıblar. Təbii ki, bunun məhkumların islah edilməsində də çox böyük əhəmiyyəti var".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam