Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Heydər Əliyevin xatirəsi anıldı:Biləsuvarda (FOTOLAR)

 

       Bu gün Biləsuvar rayonundakı Heydər Əliyev Parkında Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş rayon tədbiri keçirildi.

      Xeberinfo.com:   Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etdi.
Ulu Öndərə olan məhəbbətlərini ifadə edən Biləsuvarlılar  Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoymuşlar, əziz xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.
Ümummilli liderin anım günü tədbirləri çərçivəsində  rayon ictimaiyyətinin, ağsaqqalların və din xadimlərinin iştirakı ilə ehsan süfrələri təşkil olundu, Ulu Öndərin ruhuna dualar oxundu.
Mərasimdə çıxış edən Biləsuvar  rayon  İcra  Hakimiyyətinin  başçısı  Mahir Quliyev  Ulu  Öndərin  həyat  və  fəaliyyəti  haqqında danışaraq bildirdi ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎
60-cı illərin  sonlarında keçmiş  SSRİ-nin əyalətlərindən  biri olan  Azərbaycanın  iqtisadiyyatında, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq  doğuran  tənəzzül  proseslərinin  açıq  müşahidə edildiyi bir zamanda respublikanın rəhbərliyinə gələn Heydər Əliyev  ittifaqın  güclü iqtisadi  potensialından   səmərəli istifadə  edərək  Azərbaycanı qısa müddət ərzində  tərəqqi   yoluna  çıxartdı.  Azərbaycanda geniş  tikinti-quruculuq işləri  aparıldı. Saysız-hesabsız sənaye müəssisələri  salındı.  Respublika  ərazisində  yüzlərlə  zavod, fabrik,  istehsal  sahələri  yardıldı. İnsanların  yaşayış  səviyyəsi  ildən-ilə  yüksəldi.Bu  böyük  şəxsiyyət  Azərbaycanın  həmin  dövr  və uzaq  gələcəyi,  daha  doğrusu  müstəqillik  dövrü  üçün  zəruri  vəzifələri  peşəkarlıqla,  ustalıqla  yerinə  yetirir  və  inkişaf etdirirdi.1982-1987-ci illərdə Heydər Əliyev  SSRİ kimi  nəhəng  dövlətin  rəhbərlərindən  biri,  Siyasi büronun  üzvü, SSRİ Nazirlər  Soveti sədrinin  birinci müavini  vəzifələrinə  yüksəlir.
Xalqımızın   sədaqətli  oğlu  Azərbaycan müstəqillik  savaşına  qalxdığı günlərdə   səsini  onun  haqq  səsinə  qataraq  azərbaycanlılara  və Azərbaycanda qanlı cinayət törədənlərə   qarşı  qətiyyətlə mübarizə  aparmışdır.  1990-cı ilin  20 Yanvar  qırığınından hiddətlənərək  bu  qanlı  hadisəni  törədən   imperiyanın   paytaxtından  on minlərlə  həmvətənimizin  ön  sırasında  duran  Heydər  Əliyev əzmkarlığı,   qanlı  Bakı  faciəsinin günahkarlarını  lənətləyən gur səsi  xalqımızın  azadlıq  mücadiləsində  daha  möhkəm  birləşəməsinə  güclü  təkan  verdi.
1993-cü ilin may-iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin,  başıpozuqluğun, xaosun kulminasiya  nöqtəsinə  çatması  və ölkədə  vətəndaş  müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi  yarandıqda,  xalq  təkidlə  Heydər  Əliyevin  hakimiyyətə gətirilməsi  tələbi  ilə ayağa  qalxdı.Hər  şeydən  əvvəl  əmin-amanlığın, qanunçuluğun  bərpa  olunması, müstəqilliyin  qorunub  saxlanması  istiqamətində uğurlu addımlar  atıldı. Azərbaycan  dövlətçiliyinin  mövcudluğuna  böyük  təhlükə  olan  1994-cü il  oktyabr  və  1995-ci il mart  dövlət  çevrilişi  cəhdlərinin  qarşısı  alındı. Azərbaycan dövlətçiliyi  qorunub  saxlanıldı, ölkədə  davamlı  sabitlik  təmin olundu.
Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.
Heydər Əliyev Azərbaycan   xalqına  təkcə  suveren  dövlət,  möhkəmləndirilmiş  müstəqillik,  tərəqqi,  azadlıq  yox,  bunlara   bərabər  həm  də  gələcəyə  inam  və  gələcək  inkişaf  üçün  hazır  proqramı  əmanət  qoyub   getdi.  O,  dövlətçilik idieologiyasını işləyib hazırladı,   onu   həyata  keçirdi,  dövlətin  özünü  qurdu.  Azərbaycanda  unitar  dövlətçilik  ənənələri  yaratdı.  Azərbaycan  dövlətinin  bütövlüyünü   qoruyub  saxlamağın  vacibliyi  fikrini  gələcək nəsillərə təlqin etdi.
M.Quliyev qeyd etdi ki, bu gün Azərbaycan  xalqı bu  siyasi  kursun  davam  etdirilməsinin  tarixi  zərurət olduğuna  qəti  şəkildə  əmindir və Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyev  Ümummilli  lider Heydər  Əliyevin  başladığı, lakin  sona  çatdıra  bilmədiyi  işləri  çox  böyük  müdrikliklə, qətiyyətlə  həyata  keçirməkdədir.
Cənab Prezident İlham Əliyev məhz  bu  həqiqətləri  qətiyyətlə  təsdiq  edərək  deyir:   “Xalqa,  millətə  xidmət   etmək, ölkəmizi  gücləndirmək, Azərbaycanın  müstəqilliyini  gücləndirmək  Heydər Əliyev siyasətinin  əsas  istiqamətləridir.  Biz  bu  siyasətə  sadiqik”.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Bu  gün müstəqil  Azərbaycan  dövlətinin  hər  bir  atributu  Heydər Əliyevin adı ilə, onun  iradəsi, istedadı,  əzmi, vətən  sevgisi,  yorulmaz  fəaliyyəti ilə  bağlıdır.  Azərbaycan xalqı  özünün əbədiyaşar  Prezidenti,  ümummilli lideri Heydər Əliyevin əziz  xatirəsini  daim uca  tutacaq,  böyük Heydər Əliyev yolu  ilə  gedərək,  bu  yolun  layiqli  davamçısı, Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin  ətrafında  sıx  birləşərək,  bu  ideyaların  gerçəkləşdirilməsində  qüvvə  və  səylərini  əsirgəməyəcəklər.
Mərasimdə çıxış edən digərləri də   Ulu  Öndərin istər sovetlər ittifqı zamanı, istərsə də müstəqil respublikamıza rəhbərliyi dövrlərində həyata keçirdiyi islahatlardan,dövlət quruculuğu sahəsində gördüyü işlərdən, ölkənin sosial inkişafına yönəlmiş layihələrdən danışdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam