Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

“Təlim məktəbi” layihəsinin ikinci mərhələsi başladı -“Nar”-ın dəstəyi ilə (FOTOLAR)

“Təlim məktəbi” layihəsinin ikinci mərhələsi başladı -

 

Ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü 

 

 

 

Xeberinfo.com:   “Nar”, Uğur akademiyası” vəAsan könüllüləritərəfindən birgə həyata keçirilən və ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsini qarşısına məqsəd qoyan “Təlim məktəbi” sosial layihəsi növbəti mərhələyə keçir. Layihənin ikinci mərhələsi çərçivəsində 25 nəfər ünsiyyət məhdudiyyətli gənc üçün kompüter təmiri üzrə təlim kursları keçiriləcəkdir.

 

Kurslar İT və komputer cihazları təmiri sahəsində 10 ildən çox təcrübəyə malik olan mütəxəssis tərəfindən aparılacaqdır.  Təlim boyu iştirakçı gənclərə kompüter təmiri ilə yanaşı, əsas kompüter xidmətləri (format işləri, müxtəlif proqramların yazılması və s.) öyrədiləcəkdir. “Təlim məktəbi” kurslarının ikinci mərhələsinin 2 ay müddətində davam etməsi planlaşdırılmışdır. 

 

Qeyd edək ki, “Həyat bizimlə daha rəngarəng” şüarı altında həyata keçirilən “Təlim məktəbi” layihəsinin əsas məqsədi ünsiyyət məhdudiyyətli şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaqdır. Nar operatorunun dəstəyi ilə 75 nəfərədək ünsiyyət məhdudiyyətli gəncin iştirakını nəzərdə tutan Təlim məktəbi layihəsi rəsmən 7 noyabr 2016-cı il tarixdə başlamış və tədrisi planlaşdırılmış dörd istiqamətdən biri olan dizayn proqramları ixtisasıüzrə start götürmüşdü.

 

Xatırladaq ki, Nar artıq 3 ildir ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyasıçərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. Narözünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

 

 

Nar KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. 

“Təlim məktəbi” layihəsinin ikinci mərhələsi başladı -
“Təlim məktəbi” layihəsinin ikinci mərhələsi başladı -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam