Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Metroda "yeyinti" -QƏRAR VERİLDİ

Metroda "yeyinti" -

 

2017-ci ildə Bakı Metropoliteni qənaətə keçməlidir.

Xeberinfo.com:  fins.az-a istinadən xəbərə görə, bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir. Bakı şəhərinin ictimai nəqliyyatında metropolitenin rolunu, onun sosial əhəmiyyətini və bu sahədə tariflərin tənzimlənməsinin vacibliyini nəzərə alaraq "Bakı Metropoliteni" QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2015-2016-cı illərin müvafiq göstəricilərindən 7 998,2 min manat və ya 21,0 faiz az olmaqla 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılıb. Hesablama Palatasının apardığı nəzarət tədbiri ilə müəyyən edilib ki, metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, Cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi "Bakı Metropoliteni"nə ayrılan subsidiyaların azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq. Qeyd edək ki, bəzi ekspertlər metropolitenə ayrılacaq subsidiyaların azaldılması ilə əlaqədar olaraq metroda gediş haqqının (hazırda 20 qəpikdir) artırılacağını bildirirlər. Metropoliten bununla bağlı rəsmi açıqlamada qiymət artımının gözlənilmədiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam