Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarayevlə Abutalıbov gərgin mübarizədə: Mədəniyyət və Turizm Nazirliyi ləğv edilir

Qarayevlə Abutalıbov gərgin mübarizədə: Mədəniyyət və Turizm Nazirliyi ləğv edilir
Yaxın aylarda Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi gözlənilir.
 
Xeberinfo.com:    Məlumata görə, belə bir qərarın verilməsi üçün aylardı hazırlıq görülür. Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi üçün yeni bir qurumun yaradılmasına və böyük səlahiyyətlərin verilməsi gözlənilir. 
Bu arada Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin səlahiyyətlərinin azaldılması və hətta ona ordenin verilməsi açıq şəkildə yolların ayrılmasına işarədir. 
Elə isə daha bir sual ortaya çıxır - Azərbaycanın Mədəniyyət və Turizm sahəsi kimə həvalə olunacaq?
Mənbələr bildirir ki, hazırkı nazir Əbulfəs Qarayevlə Bakı meri Hacıbala Abutalıbov bu sahəni nəzarətə götürmək üçün mübarizə aparır. Əbülfəs Qarayevin müsbət nəticə əldə edə bilməyəcəyini qeyd edən mənbə deyir ki, bu post ehtimal ki, Hacıbala Abutalıbovun kadrına həvalə olunacaq. 
Amma ortada daha bir kadrın olması da unudulmur. Bu arada mediafax.az-a daxil olan məlumata görə, mədəniyyət və turizm sahəsini dərindən bilən daha bir kadrın önə çəkilməsi də mümkündür. Belə ki, bu posta Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin də təyinatı gözlənilir. Hələliksə, son qərar ölkə başçısının iradəsindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam