Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir müşavirini işdən azad etdi

Fazil Məmmədov müşavirini işdən azad etdi

 

 

Vergilər naziri Fazil Məmmədov Habil Amil oğlu Məmmədovu müşavir vəzifəsindən azad edib.
 
Xeberinfo.com:   “Report” xəbər verir ki, H.Məmmədov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. O, bu vaxta qədər həmin departamentin rəisi vəzifəsini müvəqqəti icra edib.
 
Nazir həmçinin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə yeni rəis təyin edib. Adıçəkilən departamentin yeni rəisi baş vergi xidməti müşaviri Səməd Ədil oğlu Vəliyevdir. Qeyd edək ki, V.Səmədov bundan öncə 2 saylı Ərazi Vergi Departamentinin (ƏVD) rəisi olub.
Qeyd edək ki, hazırda nazirin müşavirlərinin sayı 9-dur. Bu, Ələkbər Comərd oğlu Məmmədov, Riyad Zakir oğlu Hüseynov, İlham Əli oğlu Əmirəliyev, Taryel Aydın oğlu Quliyev, Elçin Fərrux oğlu Məmmədov, Rəşad Vaqif oğlu Həbibov, Firuz Akif oğlu Həsənov, Əflatun Məsim oğlu Məmmədov və Natiq Telman oğlu Şirinovdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam