Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İrimiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunur - FOTOLAR

İrimiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunur - FOTOLAR

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur.
 
Xeberinfo.com:   Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, plana müvafiq olaraq bütün qoşun növləri silah və texnikanın praktiki tətbiqi ilə təlim-döyüş tapşırıqlarının həlli üzrə taktiki fəaliyyətə başlayıblar.
 
Təlimlərin xarakterik xüsusiyyətləri məlumatların operativ qəbulu, işlənilməsi, quruda, dənizdə, havada müşahidənin aparılmasına imkan verən elektron, hesablama, vizual və digər müasir texnikadan istifadə edilməklə dinamik dəyişən şəraitdə yeni tapşırıqların operativ çatdırılmasından ibarətdir.
 
Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edərək ərazinin mürəkkəb şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyətini nəzərə alaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin daha sıx qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilir.
Müxtəlif poliqonlarda, ərazilərdə, təlim sahələrində, avadanlıqla təchiz edilmiş digər nöqtələrdə döyüş atışları, bölmələrin və atəşin manevrləri yerinə yetirilir.
 
 







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam