Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda satılan 7 ən bahalı avtomobil - QİYMƏTLƏR

Azərbaycanda satılan 7 ən bahalı avtomobil -
Alqı-satqı saytlarında yerləşdirilən ən bahalı avtomobil “Mercedes S 63 AMG”dir.
Xeberinfo.com:  Bu barədə “a24.az” saytı avtomobillərin onlayn alqı-satqısı ilə məşğul olan saytlara istinadən bildirir. 
2015-ci ildə istehsal olunan avtomobilin mühərrikinin həcmi 5,5 L, mühərrikin gücü 585 a.g, getdiyi məsafə 18 kilometrdir. Avtomobil alıcılara nə az, nə çox, düz 375 min dollara (614 min manata) təklif edilir.
614 min manata satılan “Mercedes”
Siyahıda ikinci yeri “Rolls-Royce Ghost” tutub. Avtomobilin mühərrikinin gücü 563 a.g.-dür. 2014-cü ilin buraxılışı olan avtomobilin qət etdiyi məsafə 360 kilometrdir. Qeyd edilən avtomobil alıcılara 350 min dollara (573 min 335 manat) təklif edilir.
573 min 335 manata təklif edilən avtomobil
Azərbaycanda alış-veriş saytlarında müştərilərə təqdim edilən üçüncü ən bahalı avtomobil “Lexus LX” 570 modelidir. Buraxılış ili 2008-ci il olan bahalı avtomobilin mühərrikinin həcmi 5,7 L, mühərrikinin gücü isə 383 a.g.-dür. 104000 km yürüşü olan avtomobil alıcılara fantastik qiymətə - 345 min dollara (565 min 144) təklif olunur.
565 min 144 manata satılan “Lexus”
Ölkə ərazisindəki satılan bahalı avtomobillər sırasında 4-cü yeri “Mercedes S 65 AMG” tutur. Avtomobilin qiyməti 325 min 555 (533 min 290 manat) dollardır.  Avtomobilin mühərrikinin həcmi 6.0 L, mühərrikinin gücü 630 a.g.-dür. Avtomobilin buraxılış ili 2016-cı il, yürüşü isə 0 km-dir.
“Mercedes S 65 AMG”
Siyahının növbəti pilləsində yenə “Mercedes” markalı avtomobil qərarlaşıb. “Mercedes G 63 AMG”-nin qiyməti 325 min (532 min 382 manat) dollardır. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrikinin gücü 700 a.g.-dür. Bahalı avtomobilin yürüşü 0 km-dir.
“Mercedes G 63 AMG”
Ölkə ərazisində internet portallar üzərindən satılan bahalı avtomobillərin siyahısında 6-cı pilləni də məhz yenə “Mercedes”, özü də 5-ci pillənin sahibi kimi “Mercedes G 63 AMG”-dir. Buraxılış ili 2015-ci il olan avtomobilin mühərrikinin həcmi 6,3 L, mühərrikinin gücü 544 a.g.-dür. 0 kilometr “probeqi” olan avtomobilin qiyməti yuxarıdakı eyni modeldən cəmi 5 min dollar fərqlənir. Avtomobil alıcılara 320 min dollara (524 min 190) təklif edilir.
“Mercedes S 63 AMG”
Bahalı yeddiliyi yenə “Mercedes”in başqa bir modeli olan S 63 AMG tamamlayır. Mühərrikinin həcmi 5,5 L, mühərrikin gücü 585 a.g. olan avtomobil alıcılara 310 min dollara (507 min 800 manat) təklif edilir. Avtomobilin yürüşü isə 0 km-dir.
Yuraxıda məlumat verdiyimiz avtomobillərin ümumi diqqət çəkən bir məqamı da hamısının rənginin qara olması ilə bağlıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam