Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti ləğv edildi

94aa3b7426dcc3900223698924983428

Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda dəyişiklik edib.
Xeberinfo.com:   APA-nın məlumatına görə, bu Qaydalar dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.

İndiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız Nəqliyyat Nazirliyinin icazəsi ilə yol verilib.

Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti ləğv edilərək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə verilib. Xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yol və yolətrafı reklamlar dəmir yol nəqliyyatının normal fəaliyyətinə maneə yaratmamalı, görməni pisləşdirməməlidir. Reklamların yerləşdirilməsi hərəkətin təhlükəsizliyinə ziyan vurmamalı, “Reklam haqqında” qanunun ilə nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam