Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Gülənin kitablarını yayanlar 5 ilədək həbs olunacaq - RƏSMİ

Gulen

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi uzun illərdir Amerikada sürgündə yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin “camaatçılıq prinsiplərini təbliğ edən” dini kitablarının Azərbaycana idxalına mənfi cavab verir.

Xeberinfo.com:   Məlumata görə, komitənin Dinşünaslıq ekspertizası söbəsinin müdiri Nahid Məmmədov “BBC Azərbaycanca”ya deyib ki, dini mahiyyət daşıyan və qurumla razılaşdırılmayan kitabları əldə edən hər bir şəxs Cinayət Məcəlləsinin 167-2 maddəsi ilə məsuliyyət daşıyır.

Maddənin tələblərinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayan şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildiyi halda 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam