Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ali Məhkəmə bankların əleyhinə qərar çıxardı

trend_ali_mehkeme_main

Ali Məhkəmənin bu gün baş tutan iclasında lisenziyaları ləğv edilən “Atrabank” və “Qafqaz İnkişaf Bank” ASC-lərin əleyhinə qərar qəbul edilib.

Xeberinfo.com:  “Report”a bu barədə bank dairələrindən məlumat verilib.

Xatırladaq ki, lisenziyaları ləğv olunan “Atrabank” və “Qafqaz İnkişaf Bankı” konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışırdı. Bunun üçün onlar ilk növbədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib və məhkəmə bankların xeyrinə qərar verib.
Bundan sonra, AMB həmin qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi AMB-nin iddiasını təmin edib. Sonra isə banklar AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məhkəmə çəkişməsində olub.
AMB “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyalarını bu il yanvarın 27-də ləğv edib və hər iki banka müvəqqəti inzibatçı təyin olunub. Qurum öz qərarını bankların məcmu kapitalla bağlı minimum tələbə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib.
Lisenziyalarının ləğvindən sonra banklar birləşmək haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə “Günaybank” ASC-nin də iştirakı gözlənilsə də, daha sonra “Günaybank” birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam