Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İşıqpulu təkrar qalxa bilər

 

“Azərenerji”nin şefi qiymətin 10 qəpiyə qaldırılmasını istəyibmiş, hökumət qərarını son anda dəyişib. Niyə?

Xeberinfo.com:   Elektrik enerjisinin qiymətinin 1 qəpik artması ilkin mərhələdir. Bahalaşma davam edəcək. Bu barədə məlumat redaksiyamıza hakimiyyət mətbəxindən daxil olub. Məlumatda iddia olunur ki, iyulun 14-də elektrik enerjisinin qiyməti 4 qəpik qalxmalı imiş. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin Tarif Şurasına müraciətində məhz elektrik enerjisinin 1 kilovatının 10 qəpiyə qaldırılması xahiş olunurmuş.

Bu müraciət hökumətlə razılaşdırılıbmış. Lakin sonradan hökumət qərarını dəyişib. Məlumatda deyilir ki, qərarın dəyişməsi ölkədə ciddi narazılığın yaranması qorxusu olub. Qərara alınıb ki, hələlik qiymət artımı 1 qəpik, yəni 16 faiz olsun. Bir qədər keçdikdən sonra isə elektrik enerjisinin qiyməti daha bir neçə qəpik artırılsın. Məlumatı verən mənbənin sözlərinə görə, böyük ehtimalla referendumdan sonra yenidən işığın qiymətində artım olacaq. “Hələlik hökumət ehtiyat edir. Amma referendumdan sonra vəziyyətə uyğun qərar veriləcək. Əgər hökumət əmin olacaqsa ki, qiyməti sosial partlayışa səbəb olmayacaq, o zaman əmin olun ki, Tarif Şurası yenidən işığın qiymətinin qalxdığını elan edəcək”.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam