Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Borcu 10 mini keçənlər ölkədən buraxılmır

pulAzərbaycanda vergi borcu olan 596 vətəndaşın çıxmasına məhdudiyyət qoyulub.

Xeberinfo.com:  Onlardan 283-ü fiziki şəxs, 313 nəfəri isə hüquqi şəxsin icra orqanı rəhbərləridir.

Həm yerlilər həm xaricilər var

Həm fiziki şəxslərin, həm də şirkət rəhbərlərinin arasında yerli vətəndaşlara yanaşı, xarici ölkələrin təmsilçiləri də var. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, ölkədən çıxışı qadağan olunan şəxslərin dövlət büdcəsinə ümumilikdə 45 milyon 460 min 755 manat vergi borcu var.

Qadağa necə qoyulur?

Nazirliyin baş idarə rəisinin müavini Rəsul Hüseynov qadağanın hansı formada qoyulduğunu açıqlayıb: «Borcu barədə ona elektron bildiriş göndərilməklə yanaşı, SMS və səsli mesajlar da göndərilir. Bundan sonra vergi ödəyicisi vergi orqanına dəvət olunur.  Ona vergi  borcu, onun yaranma səbəbi barədə məlumat verilir, ödəmədiyi halda görüləcək tədbirlər barədə  xəbərdarlıq edilir».

Borcluların əmlakları hərraca çıxarılır

Xəbərdarlıqlara məqsədli şəkildə məhəl qoymayan vergi ödəyicilərinin bank hesablarına sərəncamlar qoyulur, əmlakları siyahıya alınıb hərraclarda satışı həyata keçirilir, avtomobillərinə həbs qoyulur və ya ölkədən getməsinə  məhdudiyyət qoyulur.

Borcu 10 mini keçənlər ölkədən buraxılmır

R.Hüseynov bildirib ki,  şəxsin ölkədən getməsinə məhdudiyyət qoyulması üçün vergi borcunun miqdarı ən azı 10 min manat olmalıdır.

«Vergi borcu 10 min manat və daha artıq olan vergi ödəyicilərinin ölkədən  getməsinin mü  vəqqəti məhdudlaşdırılması barədə  məhkəmələrə müraciət olunur. Lakin bu qərar müstəsna hallarda vergi  borcu 10 min manatdan aşağı olan şəxslərə də şamil olunur. Bu günədək   vergi ödəyicilərinin 45 milyon 460 min 755 manat borcu var».

(fins.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam