Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Türkiyə Azərbaycanda hərbi baza yaratmır - Müdafiə Nazirliyi

 

Türkiyə Azərbaycanda hərbi baza yaratmır

 

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılması barədə yayılan məlumatlara aydınlıq gətirilib

Xeberinfo.com:   Politika.Az xəbər verir ki, bununla bağlı müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur və bu, həqiqətə uyğun deyil.

General deyib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən hərbi qulluqçularımızın Kosovo, İraq və Əfqanıstana yola salınması üçün istifadə edilir. Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub.

“Qeyd edim ki, Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi tərəfindən buradakı 2 otaq açılır. Təyyarə aerodromda olarkən ona texniki qulluq göstərilməsi, yanacaqla təchiz olunması və digər prosedurlar icra edilən zaman pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra isə otaqlar bağlanır, Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür və Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər.

Təsdiq edilmiş Protokola əsasən, hələ keçən əsrin 90-cı illərindən ölkəmizdə fəaliyyət göstərən və “Qızıl Şərq” hərbi şəhərciyi ərazisində yerləşən bina Türkiyənin ölkəmizdəki hərbi attaşelik aparatına icarə qismində müvəqqəti istifadəyə verilib. Bu protokol həmin tikilidə icarəçi tərəfindən təmir-bərpa işlərinin aparılması üçün hüquqi imkan yaradır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam