Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə hərbi qiyamla bağlı həbs edilənlərin sayı 6 min nəfəri ötdü

Türkiyədə hərbi qiyamla bağlı həbs edilənlərin sayı 6 min nəfəri ötdü - YENİLƏNİB

 

 

Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdində iştirak etməkdə təqsirləndirilən şəxslərin həbs olunmaları davam edir.
Xeberinfo.com:   İndiyədək ölkə üzrə həbs olunanların sayı 6 mini ötüb.
Bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ məlumat verib. Nazir qiyamda iştirakı müəyyən edilən şəxslərin ədalət mühakimə cəlb olunacağını vurğulayıb. Bildirilib ki, bu şəxslərlə bağlı məhkəmə prosesi Türkiyə tarixində ən böyük məhkəmə işlərindən biri olacaq.
Qeyd edək ki, təkcə İstanbulda 2300 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
*   *   *12:27
Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhddə ittiham olunan Dənizli Qarnizonunun və 11-ci Kommando Briqadasının komandiri, general-mayor Özhan Özbəkir və daha 51 hərbçi saxlanılıb.
 "Anadolu" agentliyinə istinadən xəbərə görə, saxlanılanların hamısı yüksək rütbəli hərbçilərdir.
Agentliyin məlumatına görə, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar həbs olunmuş 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb, 6 hərbçi sərbəst buraxılıb.
Qiyamda iştirakda şübhəli bilinən digər hərbçilərlə bağlı isə istintaq davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam