Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

““Binəqədi Oil” ekoloji vəziyyəti gərginləşdirir”

daa88a0a3ed7d1e215be3950ff1d2038

 

“Hazırda Böyükşor gölünə bir neçə axarla Binəqədi rayonunun “Baksol” adlandırılan yaşayış massivindən və “Binəqədi Oil” neft-qazçıxarma müəssisəsindən tullantı suların axıdılması davam etdirilir”.
Xeberinfo.com:  APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib.
Bülletendə qeyd olunub ki, Böyükşor gölünə olan müdaxilələrin qarşısı alınmazsa, göldə ekoloji vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.
“Abşeron yarımadasında yerləşən irili-xırdalı göllərin sayı 200-dən çoxdur. Bu göllər yarımadada iqlim şəraitinin, su balansının qərarlaşmasına və bütövlükdə əhalisi sıx olan ərazilərdə ekoloji şəraitə ciddi təsir göstərir.
Ekoloji vəziyyəti gərgin olan Böyükşor Abşeron gölləri arasında ən böyük su səthinə malik olan göldür. Böyükşor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşir. Gölün səviyyəsinin aşağı salınması məqsədilə 1983-cü ildən məhsuldarlığı gün ərzində 36 min kv/m olan 12 saylı nasosxana fəaliyyət göstərir. Bu nasosxana vasitəsilə göldən götürülən su Hövsan kanalı vasitəsi ilə Xəzər dənizinə nəql edilir. Hazırda nasosxana “Azərsu” ASC-nin tabeliyindədir. Nasosxananın göldən su qəbulu xəttində 4 ədəd 75 kvt-lıq FQ-450/225 tipli nasos, çıxış xəttində isə 4 ədəd 259 kvt-lıq FQ-540/95 tipli nasoslar istifadə edilir”, – deyə bülletendə qeyd olunub.
Qeyd edək ki, Böyükşor gölünün bərpası ilə bağlı irimiqyaslı işlər aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam