Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

4 günlük müharibədən 3 ay ötdü, əsas nəticə - nəticəsizlik...

4 günlük müharibədən 3 ay ötdü, əsas nəticə - nəticəsizlik...

Böyük Sülh Sazişi üçün itirilmiş qiymətli zaman geridə, əldən buraxılan daha bir fürsət isə tarixdə qalır; aprel döyüşləri danışıqlar prosesinə təsirsiz də ötüşməyib... 

 

Xeberinfo.com:   Azərbaycan ordusunun blits-zəfəri ilə başa çatmış apreldəki 4 günlük müharibənin bu gün 3 ayı tamamlanır. Ötən müddət Dağlıq Qarabağ ixtilafının həllində dönüşə nail olunmaq üçün yetərli hesab olunsa da, sülh nizamlanması prosesində  irəliyə sıçrayışa hələ ki, nail olunmayıb. 
Doğrudur, aprel hadisələrindın sonra ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri səviyyəsində vasitəçilik səyləri, diplomatik fəallıq artıb, Vyanada və Sank-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə bir ayda iki dəfə yüksək səviyyəli görüşlər keçirilib. Amma əfsus ki, nəticə əvvəlkidir - nəticəsizlik. Bu da sövq-təbii müharibə variantını gündəlikdə saxlayır. 
 
Amma ümidlər ciddi idi ki, beynəlxalq birlik, nəhayət, işğalçı Ermənistana zəbt elədiyi Azərbaycan torpaqlarını azad eləmək üçün ciddi təzyiq göstərəcək. Təzyiqlər isə hələlik yoxdur. Əvəzində təmas zonasında atəşkəsə nəzarət mexanizmlərini gücləndirmək təklifləri səslənib ki, bu da müstəsna olaraq təcavüzkarın maraqlarına xidmət edir. 
Azərbaycan isə bununla bağlı rəsmi mövqeyini qəti şəkildə ortaya qoyub ki, belə mexanizmlər yalnız real sülh prosesi ilə paralel, ərazilərin azad edilməyə başlaması ilə eyni vaxtda tətbiq oluna bilər. Son olaraq prezident İlham Əliyev Ordu Günü ilə bağlı rəsmi Bakının mexanizmlərlə bağlı prinsipial mövqeyini növbəti dəfə ortaya qoyub. 
    
*** 
Bu arada işğalçı ölkənin prezidenti Serj Sərkisyan ABŞ prezidenti Barak Obamaya aprel döyüşlərindən danışıb. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Obamaya ölkənin Müstəqillik Günü münasibəti ilə ünvanladığı müraciətdə o, Qarabağ münaqişəsinin həllində ABŞ-ın rolundan da söz açıb.
Sərkisyan bildirib ki, Ermənistan üçün Dağlıq Qarabağ probleminin sülh nizamlanması prosesində Minsk Qrupu həmsədrlərindən biri olaraq ABŞ-ın iştirakı çox əhəmiyyətlidir. “Aprelin əvvəlində başlanan genişmiqyaslı hərbi əməliyyatlarda ABŞ-ın izlədiyi diplomatik yol onun məsələnin həllindəki əhəmiyyətini göstərdi. ABŞ bu prosesdə böyük rol oynayır” - Ermənistan prezidenti bildirib. Sarkisyan deyib ki, Birləşmiş Ştatların digər həmsədr ölkələr - Rusiya və Fransa ilə birlikdə bu regionda möhkəm və uzunmüddətli sülhün yaranması üçün öz aktiv vasitəçilik missiyasını davam etdirəcəyinə ümid edir. 
***
İşğalçı ölkə başçısının Obamaya məktubundakı bəzi sətiraltı məqamlar diqqət çəkir. Əvvəla, aprel döyüşlərinin dayandırılmasında ABŞ yox, Rusiya həlledici rol oynayıb, özü də erməni tərəfinin israrlı xahişi ilə. Təcavüzkar ölkənin Rusiyadan əsas incikliyi də məhz Moskvanın aprel olayları zamanı Ermənistanlın tərəfini tutmaması, neytrallıq göstərməsi ilə bağlıdır - hansını ki, İrəvan vaxtaşırı büruzə verməyə çalışır. 
 
O vaxtdan İrəvan Rusiyadan incikliyini ABŞ-a, Qərbə reveranslar eləməklə kompensasiya etməyə səy edir. Eyni zamanda bununla Kremlə əslində xəfif mesaj göndərir ki, öz maraqları naminə lazım gələrsə, Rusiya ilə strateji müttəfiqliyi istənilən an Amerikaya, Qərbə dəyişə bilər. Yəni rusları satmağa hazırdır. Əksər analitiklər əmindir ki, günün birində məhz belə də olacaq. 
 
Zatən, Amerika da buna can atır, Ermənistanı Rusiyanın hərbi-siyasi təsir dairəsindən çıxarmağa səy edir. Amma hələ ki, nəticəsiz. Çünki Rusiya Ermənistanda hələ ki, çox güclüdür, orada böyük hərbi kontingent saxlayır, işğalçı ölkənin iqtisadi-energetik sferası əsasən Rusiyanın nəzarətindədir, Ermənistanın xarici sərhədləri belə rus hərbçilər tərəfindən qorunur. Ötən həftə isə Ermənistan öz hava məkanını da rəsmən Moskvanın ixtiyarına verdi. 
Amma ABŞ da ermənilərə borclu qalmır. Hər il Konqres separatçı rejimə maliyyə yardımı ayırmaqla əslində öz simpatiyasının kimin tərəfində olduğunu büruzə verir - hərçənd, rəsmi olaraq Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Ancaq yaddan çıxarmayaq ki, Dağlıq Qarabağ postsovet məkanında yeganə separatçı bölgədir ki, Amerika hökuməti ona maliyyə dəstəyi ayırır. Halbuki, başqa separatçı bölgələrə və onların liderlərinə isə (Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə) sərt qadağalar və sanksiyalar qüvvədədir.
 
 
Üçüncü həmsədr ölkə olan Fransadan isə danışmağa da dəymir. Bu da isti fakt: prezident Fransua Olland ötən həftəsonu saxta erməni soyqırımı inkara görə cəza nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib və artıq sənəd aşağı palatanın təsdiqindən keçib, qalır Senat. Maraqlıdır ki, bu təşəbbüs Ollandın prezidentlərin növbəti görüşünün Parisdə keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi məqama təsadüf edib. 
İndi o saxta soyqırımla bağlı təşəbbüs hara, bu görüş təşəbbüsü hara? Dövlət səviyyəsində qatı ermənipərəst mövqe sərgiləyən bir dövlət Dağlıq Qarabağ məsələsində ədalətli arbitr ola bilərmi və onun prezidentlərin görüşünü təşkil eləməsinin hansı pozitiv nəticəsi olacaq? Sual ritorikdir.
*** 
Amma nə yaxşı ki, Azərbaycan Ordusu aprel döyüşlərində göstərdiyi şücaəti ilə vasitəçi dövlətləri hər halda sülh nizamlanması yönündə hərəkətə gətirə bilib.
 
“Aprel döyüşləri danışıqlar prosesinə təsirsiz ötüşməyib”. Prezident Adminstrasiyasının rəhbərinin müavini Novruz Məmmədov bunu ANS-ə eksklüziv açıqlamasında bildirib. Onun sözlərinə görə, bu döyüşlər münaqişənin dondurulmamış olduğunu sübut edib. 
“Son hadisələrdən, Ermənistan tərəfinin törətdiyi təxribatdan dünya gördü ki, bu münaqişə dondurulmuş münaqişə deyil və qəfil alışıb yana bilər. Bundan başqa, Azərbaycan prezidentinin müxtəlif ölkələrlə, həm Avropa, həm Rusiya, həm Türkiyə, həm də İranla apardığı siyasət göstərir ki, 25 ildir davam edən münaqişənin həllinin vaxtı çatıb. Bu münaqişənin həllinə bu gün çox böyük diqqət var. Beynəlxalq aləmdə, beynəlxalq münasibətlərdə, həm həmsədrlər, həm də həmsədr dövlətlərinin rəhbərlərinin mövqeyindən görünür ki, irəliyə bir addım atmaq cəhdi var”, - deyə Novruz Məmmədov vurğulayıb. 
 
ATƏT PA-da Azərbaycanın Qarabağla bağlı təklifi qəbul olunub
Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyası çərçivəsində  Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında qətnamə layihəsinə əlavələr və təkliflər müzakirə edilib. Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili təklif ilə çıxış edib.
T.Mirkişili ATƏT-ə üzv bir neçə ölkədə “dondurulmuş” münaqişələrin həllinin uzadılmasına görə ciddi narahatlığını bildirib və münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və dövlət müstəqilliyə, həmçinin bu dövlətlərin demokratik inkişafına maneə olduğunu və regional əməkdaşlığa və inkişafa çətinlik törətdiyini vurğulayıb. Səsvermə zamanı komitə iclasının çoxluq üzvü Azərbaycanın ATƏT PA-nın Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitəsinin iclasında qəbul edilən qətnamə üçün təklif etdiyi 4-cü maddə üzrə olan bu düzəliş qəbul edilib.
Ermənistan nümayəndəsi Azərbaycanın qətnaməyə verdiyi təklifin əleyhinə səs verib. Ermənistan nümayəndəsinin 6-cı düzəliş maddəsi üzrə “beynəlxalq hüquqla təsbit olunmuş sərhədlər çərçivəsində”təklif etdiyi düzəliş qəbul olunmayıb. Azərbaycan nümayəndəsi həmçinin Ermənistan nümayəndəsinin düzəlişi ilə bağlı çıxış edərək bu düzəlişin BMT-nin qəbul etdiyi sənədlərə və ATƏT-in Helsinki Xartiyasına  zidd olduğunu bildirib.
Musavat.com 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam