Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

Alimlərə 5 min manat mükafat verildi

   

 

 

 

    "xeberinfo.com": Milli Elmlər Akademiyasının 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülüblər. Aprelin 18-də mükafatlar sahiblərinə təqdim edilib. “Media forum” saytı mükafat alan şəxslərin siyahısını təqdim edir: 

Aaka­demik Çingiz Qacar - fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafatı;
akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hü­sey­nova - kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyət­lə­ri­nə görə Həsən bəy Zərdabi adına mü­kafat;
aka­de­mik Ömər Eldarov - Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adı­na mükafat;
akademik Böyükkişi Ağayev - səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyət­lə­rə görə akademik Mirəsədulla Mirqasımov adına mükafat;
akademik Mə­hər­rəm Məm­­mədyarov - xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kim­ya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına mükafat;
geo­lo­giya-mineralogiya elmləri dok­toru Fərid Dadaşov - geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Mu­sa Əliyev adına mükafat.
    Alimlərə adlı mükafatlarla yanaşı diplom və beş min manat həcmində pul mükafatı da təqdim olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam