Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirliklə “Azəriqaz” arasında gərginliyin pərdəarxası

azeriqazƏkbər Hacıyev Rövnəq Abdullayevə güvənərək Natiq Əliyevlə hesablaşmırmış

Xeberinfo.com:  Xəbər verildiyi kimi Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsinin sektor müdiri Hüseyn Ibrahimov və idarənin baş məsləhətçisi, hüquqşünas Samir Əliyev “Azəriqaz” Istehsalat Birliyini ittiham edib. Hüseyn Ibrahimov bildirib ki, “Azəriqaz”ın əməkdaşları bəzi hallarda qanunu düzgün qəbul etmədikləri və ya anlamadıqları üçün əhalinin və sahibkarların qapısını döyüb qanunsuz olaraq yoxlama aparırlar.

O əlavə edib ki, “Azəriqaz”ın əməkdaşlarının etdikləri yolverilməzdir: “Buna baxmayaraq, ”Azəriqaz” əməkdaşları bu tip hərəkətlərini davam etdirirlər. Bu isə bir çox hallarda işin məhkəməyə qədər uzanmasına səbəb olur. Əhalidən xahişimiz və tələbəmiz budur ki, qapılarını “Azəriqaz”ın işçilərinə açmasınlar. Inzibati Xətalar Məcəlləsinin 279, 280, 282 və 542-ci maddələrində bunlar təsbit olunub. Qaz paylayıcısı ilə qaz istehlakçısı arasında olan ən ümdə sənəd alqı-satqı müqaviləsidir. “Azəriqaz”ın bu müqavilədən kənara çıxmaq üçün heç bir səlahiyyəti yoxdur. Əgər əvvəl “Azəriqaz” əməkdaşlarının 6 aydan bir istehlakçını yoxlamaq səlahiyyəti var idisə, artıq onların bu səlahiyyəti ləğv edilib və bunu ehtiva edən bənd müqavilədən çıxarılıb. Buna baxmayaraq, “Azəriqaz”ın əməkdaşları yoxlamalar aparırlar. Bu sahədə nəzarəti yalnız Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsi apara bilər”.

Samir Əliyev isə bildirib ki, indiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb: “Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki, yanma prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq. ”Azəriqaz” qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir.

Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur. Amma “Azəriqaz” əməkdaşları bunu dövlət müqavilələrində 8 000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır. Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son zamanlar çox olub”.

“Azadlıq”a daxil olan məlumata görə, Energetika Nazirliyinin bu faktları ictimaləşdirməsi səbəbsiz deyil. Məlumatda deyilir ki, bu məsələlər barədə dəfələrlə nazirlikdən “Azəriqaz”a xəbərdarlıq edilib. Hətta şəxsən qurumun rəhbəri Əkbər Hacıyevə də bildirilib ki, bu qanunsuzluqlara son qoyulsun. Lakin SOCAR prezidenti Rövnəq Abdullayevə güvənən Əkbər Hacıyev Energetika Nazirliyinin xəbərdarlıqlarına əhəmiyyət verməyib. Beləliklə də iki qurum arasında gərginlik yaranıb. Nəticədə “Azəriqaz”ın qanunsuzluqlarının ictimailəşdirilməsi qərara alınıb. Məlumatda bildirilir ki, energetika naziri Natiq Əliyev bu məsələdə sona qədər getməyə israrlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam