Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Pul olanda hamını öz otağına salır, olmayanda isə..." - ŞİKAYƏT

"Pul olanda hamını öz otağına salır, olmayanda isə..."

 

Az öncə daxili işlər naziri Ramil Usubovun Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovu tutduğu vəzifədən azad etməsi diqqəti yenidən yol polisinə yönəldib 

Xeberinfo.com:   Xatırladaq ki, nazirin əmriylə Ramiz Hüseynov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin verdiyi məlumata görə, Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin qərargah rəisi vəzifəsində çalışıb. 

Diqqətçəkən məqam odur ki, Ramil Usubov bu əmrindən az əvvəl Bakının Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisini və daha 7 əməkdaşını sərt şəkildə cəzalandırıb.

Yayılan məlumatlarda bildirilirdi ki, Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar. Nəticədə DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşlara qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb. 

Bundan sonra R.Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sabir Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric ediliblər. Bundan əlavə, həmin şöbənin daha 5 əməkdaşı töhmət, şiddətli töhmət almaqla işdən çıxarılıblar. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Qaradağ DYPŞ-dən 8 nəfərin işdən çıxarıldığını, onlardan 3 nəfərin daxili işlər orqanlarından kənarlaşdırıldığını təsdiq edib. 

Ümumilikdə bir DYPŞ-dən 8 nəfərin eyni vaxtda sərt şəkildə cəzalandırılması heç də kiçik məsələ deyil. Görünür, uzun illərdir Qaradağ DYPŞ ilə bağlı mətbuatda yayılan məlumatlar nəhayət, öz təsdiqini tapdı. 

Qeyd edək ki, daxili işlər orqanlarından qovulan DYPŞ rəisi Sabir Hümbətov Səbail Rayon Polisi İdarəsinin rəis müavini, polkovnik Füzuli Hümbətovun qardaşıdır. 

Onu da bildirək ki, işdən çıxarılanlar arasında vaxtilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandiri olmuş polkovnik Qafar Abbasovun oğlu da var. Maraqlıdır ki, digərləri bu cəzanı qəbul etsələr də, Qafar Abbasov oğlunun işdən qovulması ilə barışmır və bəzi dairələrlə əlaqəyə girməklə oğlunun başqa işə keçirilməsinə çalışıb. Lakin onun bu cəhdinin səmərə verib-vermədiyi barədə hələlik məlumat yoxdur. 

Bu və ya digər məsələlər göstərir ki, yol polisi sistemində çox ciddi dəyişiklərin başvermə ehtimalı yüksəkdir. Yəni ən yüksək səviyyədə bu sistemdə baş verən pozuntular ciddi araşdırılaraq, həm polisin nüfuzuna xələl gətirən hallar aradan qaldırılır, həm də cəmiyyətdə mənfi obrazları ilə tanınan polis məmurları tədricən aparılan islahatlarla zərərsizləşdirilir. 

 "Reytinq" qəzetinə istinadən xəbərə görə, hazırda Baş Dövlət Yol Polisi ilə Bakı Şəhər Yol Polisi idarələrində "yol üstə" olan zabitlər var. 

Mənbəmiz bildirib ki, general Ramiz Zeynalovun müavini Ramiz Hüseynovdan sonra növbə digər müavini Balakişi Əhmədova çatıb.

Məlumata görə, Baş Prokurorluğun korrupsiya və digər cinayətlərdə ittiham edərək həbs etdiyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovla Balakişi Əhmədovun yaxın qohumluq əlaqəsi var.

Mənbə məsələnin təfərrüatlarına varmasa da, qeyd edib ki, bu gün hamı Beytulla Hüseynovun korrupsiya ilə yanaşı, "MTN işi", qanunsuz dinləmələr və s. ittihamların da obyektinə çevrilməsindən danışır. Bütün bunlar isə Balakişi Əhmədova olan etimada mənfi təsir göstərir. 

Məlumatlı şəxs deyib ki, DYP-də "yol üstə" olanlardan biri də Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan şöbəsinin rəisi, polis polkovniki Müşfiq Rəhimovdur. 

Qeyd edək ki, M.Rəhimovun vəzifədən kənarlaşdırılacağı ilə bağlı xəbərlərin yayılmasına paralel olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan şöbəsində də vəziyyət nəzarətdən çıxır. 

Yeri gəlmişkən, bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan şöbəsində olan əməkdaşımızın rastlaşdığı vəziyyət də bunu deməyə əsas verir. Belə ki, əməkdaşımız şöbəyə daxil olarkən ilk eşitdiyi söz növbətçi polisin "Pul olanda Orxan hamını öz otağına salır. Pul olmayanda isə mənim üstümə göndərir. Gedin Orxanla məsələni həll edin",- deyərək vətəndaşla mübahisə etməsi olub. 

Şöbədə isə imtahan verənlərdən daha çox pulla imtahan vəsiqəsi almaq istəyənlərə "makler"lik edənlər meydan sulayır. 

Məlumatda bildirilir ki, M.Rəhimovun rəhbərlik etdiyi qurumda imtahanın təşkili yarıtmaz səviyyədədir. 

Vətəndaşlar səbəbsiz olaraq saatlarla gözləməli olur. Hətta orada fəaliyyət göstərən və üzərinə "Kapital Bank" yazılan xəzinədarlıqda işləyənlər imtahana girmək üçün dövlət rüsumu ödəyən vətəndaşlara pullarının qalığını qaytarmağa belə lüzum görmürlər. 

Qeydiyyat-imtahan şöbəsində pul hesabına sürücülük vəsiqəsi almaq istəyənlər şəxslər isə növbədənkənar yuxarı başa keçirlər. Polislər bu prosesi o qədər açıq şəkildə edirlər ki, sanki vətəndaş bazara ət almağa gəlib. 

M.Rəhimovun işçiləri belə davranışları ilə həm də oxuyaraq imtahan vermək istəyən vətəndaşlarda bu prosesin bezdirici olması ilə bağlı rəy yaradırlar. Onlar hamını şöbədə gəzişən "makler"lərlə anlaşmağa sövq edirlər. 

Şübhəsiz ki, "ASAN Xidmət" kimi bir qurumun yaradıldığı ölkədə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan şöbəsinin yarıtmaz fəaliyyət göstərən imtahan məkəzinin olması yolverilməzdir. Odur ki, Baş Dövlət Yol Polisi İdarəsində də islahatların zamanı çatıb...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam