Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Azərcell”in ləğvi gözlənilir

image here

ABŞ və bəzi Avropa ölkələrində aparılan rüşvət təhqiqatı Azərbaycanın ən iri mobil rabitə operatorunun ləğvi ilə nəticələnə bilər.
Xeberinfo.com:   Bu haqda “Bloomberg” agentliyi bildirir.
Agentliyə məlumat verən mənbələr deyiblər ki, “Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edən İsveç-Finlandiya telekommunikasiya nəhəngi TeliaSonera neçə vaxtdır üzləşdiyi korrupsiya ittihamlarına görə keçmiş sovet respublikalarındakı, o cümlədən Azərbaycandakı aktivlərini satmağa çalışır.
Lakin ABŞ-da TeliaSonera şirkətinin Özbəkistan və Azərbaycandakı biznesi ilə bağlı aparılan təhqiqat aktivlərin satışına dair danışıqların ləngiməsinin əsas səbəbidir. Xatırladaq ki, TeliaSonera-nın “Azərcell”dəki payını almağa Türkiyənin “Turkcell” şirkəti maraq göstərir. Hazırda “Türkcell” TeliaSonera ilə birlikdə Fintur Holding offşor şirkəti üzərindən “Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edir.
Lakin “Turkcell” və onun vəkilləri narahatdır ki, ABŞ-da davam edən korrupsiya təhqiqatına görə “Azərcell”in satışından əldə edilən vəsaitə həbs qoyula bilər. Habelə onlar “Azərcell”in lisenziyasının uzadılmayacağından narahatdır. Lisenziyanın müddəti ilin sonunda başa çatır.
Bu yaxınlarda İsveç prokurorluğu elan edib ki, TeliaSonera-nın Azərbaycandakı biznes fəaliyyəti zamanı rüşvət verildiyinə dair iddialar üzrə təhqiqatı dayandırır. Çünki rüşvətin verildiyini təsdiq edən sübutlar tapmaq mümkün olmayıb. Bununla belə “Turkcell”in vəkilləri “Azərcell”in səhmlərinin alınmasını riskli hesab edirlər və bu məsələni danışıqlarla həll etməyəçalışırlar. Lakin əsas risk ABŞ və digər ölkələrdə hələ davam edən təhqiqatlar və “Azercell”in lisenziyasının uzadılmayacağına dair məlumatlardır
ABŞ Ədliyyə Nazirliyinin mətbuat katibi Piter Karr məsələni şərh etməkdən imtina edib. TeliaSonera-nın nümayəndəsi Henrik Vestman isə deyib ki, aktivləri almağa Turkcell-lə yanaşı digər iddiaçılar da var, lakin o, əlavə şərh verməkdən imtina edib. “Azərcell”in rəsmisi də agentliyə məsələ ilə bağlı şərh verməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam