Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bağ evlərinin kirayə qiymətləri - Ayı 12 min manata

 

 

Yay mövsümünün gəlişi ilə əlaqədar Bakıda bağ evi kirayə götürmək istəyənlərin sayında artım müşahidə olunur.

Xeberinfo.com:  Çoxlarının şəxsi bağı olsa da, paytaxt sakinlərinin bir qismi dincəlmək üçün Bakıətrafı qəsəbələrə üz tutmalı olurlar. Bəs qiymətlər necədir?

 Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Azvision. Az -a bildirib ki, bağ evlərinin kirayə qiymətləri evin yerləşdiyi əraziyə və şəraitinə görə dəyişir.



Ekspertin fikrincə, sakinlər ilk növbədə bağın dənizə yaxın olmasına can atırlar. Ramil Osmanlı vurğulayıb ki, həyətdə hovuzun olması da kirayənin qiymətinə təsir edir.

“Bağda meyvə ağaclarının çoxluğu və ərazidə havanın mülayimliyi də əsas meyarlar arasındadır. Novxanı bağ istirahəti üçün daha populyar və prestijli yer sayılsa da, eyni şəraitli bağ evlərini başqa kənd və qəsəbələrdə 30-40 faiz aşağı qiymətlə kirayə götürmək mümkündür. Hazırda 250-300 manata kirayə verilən bağ evləri də var. Lakin kifayət qədər bahalı qiymətə olan bağ massivləri də mövcuddur.

Bizdə olan məlumata görə, Bakıda 12 min 500 manata icarəyə verilən bağ evləri də var. Amma orta qiymətlər 500-5000 manat arasında dəyişir”. 



Ekspert deyir ki, Türkan və Bilgəhdə bağ massivlərində qiymətlər daha bahadır. Mərdəkan inzibatı mərkəz olduğundan infrastrukturun yaxşı olması qiymətlərə təsirsiz ötüşmür. Əgər bağ evi bütün yay mövsümü üçün, yəni 3 ay müddətinə kirayə götürülürsə, qiymətlərdə 20 faizə qədər endirim edilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam