Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Tibb təhsilində fasilə olmamalıdır”

Şəmsəddin Hacıyev: “Əksər deputatlar hərbi çağırışdan möhlət hüququnun verilməsini təklif edirlər”

Xeberinfo.com:   Xarici ölkələrdə tibbi təhsil alan Azərbaycan vətəndaşlarına hərbi çağırışdan möhlət hüququ veriləcək.

Parlamentin Elm və Təhsil Komitəsinin üzvü Şəmsəddin Hacıyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, məhz bu ixtisas üzrə hərbi möhlətin verilməsi təklifi tibb peşəsinin özəlliyi ilə bağlıdır: “Tibb təhsilində fasilə olmamalıdır”, millət vəkili deyir.

Şəmsəddin Hacıyev: “Tibbi təhsilə fasilə vermək mümkün deyil”

Onun sözlərinə görə, ümumiyyətlə, təhsildə fasilənin olmamasının tərəfdarı kimi çıxış etsə də, ölkənin müharibə şəraitində yaşaması nəzərə alaraq, magistratura və doktoranturada təhsil alan tələbələrə hərbi möhlət verilməyib.

“Elmə gələn oğlanların sayı azalır”

Azərbaycanda magistratura və doktorantura pilləsinə qəbul olunan kişi tələbələr təhsili yarımçıq saxlayıb hərbi xidmətə gedirlər. Şəmsəddin Hacıyev deyir, hərbi çağırışdan möhlət hüququ onunla əsaslandırılmışdı ki, magistraturaya girən oğlanların sayı azdır, getdikcə azalır, qızların-qadınların sayı daha çoxalır:

“Bu isə öz növbəsində doktoranturaya təsir göstərir, elmə maraq göstərən magistrlərin də sayı getdikcə azalır”, Şəmsəddin Hacıyev qeyd edir. O əlavə edir ki, o zaman parlamentdə bu məsələ müzakirə edilərkən, ölkənin müharibə şəraitində olması arqumenti bu arqumentləri küncə sıxışdırıb: “İndi deputatların əksəriyyəti yenə də təklif edir ki, magistr və doktorantura pilləsində təhsil alanlara hərbi çağırışdan möhlət hüququ verilsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam