Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Polisə silah çəkən FHN-nin sərxoş generalı işdən qovuldu - FOTO

 

Xəbər verildiyi kimi, aprelin 30-dan mayın 1-nə keçən gecə Bakının Binəqədi rayonunda silahlı insident baş verib. 

Xeberinfo.com:    "Sputnik Azərbaycan”a istinadən xəbərə görə, FHN generalı Ramil Cəfərov sərxoş vəziyyətdə Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşına qarşı kobudluq edib, onun dostu olan polis zabiti Rafael Xudiyevin isə üstünə tapança çəkib. Bununla əlaqədar baş vermiş insidet yüksək dairələr tərəfindən nəzarətə götürülüb və generalın bu əməli cəzasız qalmayıb. 

Hadisədən 2 gün sonra general Ramil Cəfərov işdən çıxarılıb və sərəncama göndərilib. Lakin onun hələ də işə gəlib-getdiyi bildirilir.

FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə avtosfer.az-a bildirib ki, bu barədə heç bir məlumata malik deyil.

Qeyd edək ki, insident barədə DİN-in "102” xidmətinə Füzuli rayon Polis İdarəsinin ictimai təhlükəsizlk şöbəsinin sahə müvəkkili, 34 yaşlı Rafael Xudiyev məlumat verib.

Polis bildirib ki, Bakının 6-cı mikrorayon ərazisində "Lexus” markalı avtomobilin sürücüsü (dövlət nömrə nişanı 90 SH 900) ona tapança çəkib. İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00 radələrində S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramil Cəfərov arasında münaqişə yaranıb. Quliyev "Mercedes” markalı avtomobilin, Cəfərov isə "Lexus”un sükanı arxasında olub. Münaqişənin səbəbi sürücülərin bir-birlərinə yol verməməsi olub. Bu zəmində generalla zabit arasında mübahisə yaranıb. Bildirilir ki, general Cəfərov F.Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman F.Quliyevin arxasınca "Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşüb, onu ötüb və qarşısını kəsib. Bundan bərk qəzəblənən general maşından çıxaraq "Jeriko” markalı tabel silahını çıxarıb və polisə tərəf tuşlayıb. Lakin polis generala sifət nahiyyəsindən yumruq zərbəsi endirib və onun silahını əlindən alıb. Daha sonra hadisə yerinə Binəqədi polisinin əməkdaşları gəlib. Tərəflər polisdə izahat yazdıqdan sonra sərbəst buraxılıblar. İş üzrə materiallar Binəqədi prokurorluğuna verilib.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam