Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səfirlər cəbhədə

 

hikmat hikmet xin

 

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsində kəndində səfərdədirlər.

 

Xeberinfo.com:  Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd hazırda xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş 80-dən çox nümayəndəsini cəbhəyanı ərazilərdəki vəziyyətlə tanış etməkdir.
“2 aprel tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar, xüsusən də, Tərtər, Ağdam istiqamətində yaşayış məntəqələrini hədəfə alması və bunun nəticəsində də şəxsi və dövlət mülkiyyətinə dəymiş zərər haqqında beynəlxalq ictimaiyyəti, xüsusilə də, Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatların məlumatlandırılması məqsədi daşıyır. Onlar bu erməni vəhşilikləri ilə bir daha da tanış olacaqlar. Proqramda diplomatik nümayəndiklərin rəhbərləri, hərbi attaşelər iştirak edirlər”, – deyə qurum rəsmisi bildirdi.
Cəbhəyanı ərazilərə səfər edənlər arasında Rusiyanın, Avstriyanın, İtaliyanın, Niderlandın və Türkiyənin Azərbaycandakı səfirləri də var.
Bundan əvvəl, yəni, aprelin 6-da da Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələri cəbhə bölgəsinə səfər ediblər.
Qrupa “Al Jazeera International”, “Komsomolskaya pravda”, “Reuters”, “Associated Press”, “France-Presse”, “Kommersant”, “Novaya vremya”, “Anadolu” agentliyi, TRT, İran və Çindən olan jurnalistlər daxil idi.
Səfər 1 gün davam edib. Onlar əsasən Füzuli, Tərtər və Ağdam istiqamətlərində olublar. Jurnalistlərin cəbhə xəttinə səfəri Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam