Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir supermarket şəbəkəsi batır: “Qaraçuxur şöbəsi bağlandı” - FOTOLAR

Bakıda daha bir supermarket şəbəkəsi batır: “Qaraçuxur şöbəsi bağlandı” - FOTOLAR

 

 

“Rahat market” supermarketlər şəbəkəsi iflas etmək üzrədir. Belə ki, şəbəkənin Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsindəki şöbəsi bağlanıb. Dünəndən başlayaraq, supermarketdə piştaxtalardakı mallar boşaldılıb, şirkətlərlə təhvil-təslim işləri aparılıb. Artıq supermarketin qapısına qıfıl vurulub.
Xeberinfo.com:  Musavat.com-un müxbiri məsələ ilə bağlı “Rahat market”in “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən şöbəsinə də baş çəkib və orada vəziyyəti öyrənməyə çalışıb. 
Supermarketdən bildiriblər ki, Qaraçuxur şöbəsinin bağlanması maliyyə məsələləri ilə əlaqəlidir və dünən axşam saatlarından fəaliyyəti dayandırılıb.
“Rahat maket” supermarketlər şəbəkəsi şöbələrinin bağlanma səbəbini həmin şöbələrin rentabelli olmaması ilə əlaqələndirilib. Bu barədə şirkət öz facebook səhifəsində qeyd edib.
Qeyd edək ki, Azərbaycanda bu şəbəkənin 28 marketi var, bunların da 22-si Bakıda yerləşir. Bağlanan supermarketlərdən 5-i Bakıda, 1-i Sumqayıtda, qalanları isə Bərdədə, Ucarda və Mingəçevirdədir.
Xatırladaq ki, bir müddət öncə də supermarket rəhbərləri birgə müraciət imzalayaraq, İqtisadiyyat Nazirliyinə  göndərmişdilər. Orada da “Rahat market” supermarketlər şəbəkəsinin vəziyyətinin çətin olduğu və şöbələrinin yaxın zamanlarda  bağlanacağı qeyd edilmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam