Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Prezident “BakuBus” MMC-nin ikinci deposunun açılışında

Bu gün Azərbaycan prezidenti İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.

Xeberinfo.com:  Məlumata görə, dövlət başçısına burada yaradılan şərait barədə məlumat verilib.

Prezident deponun rəmzi açılışını bildirən lenti kəsdi və inzibati binada yaradılan şəraitlə tanış olub.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevə “BakuBus” MMC-nin on aylıq fəaliyyəti barədə məlumat verib.

Prezident “BakuBus” MMC tərəfindən gələcəkdə alınması nəzərdə tutulan avtobuslara da baxıb.

Avtobusların hamısı rahatlığı və təhlükəsizliyi ilə seçilir. Sərnişinlərin təhlükəsizliyi və ətraf mühitə vurula biləcək zərərin minimum səviyyəyə endirilməsi məqsədilə STQ mühərriki ilə işləyən avtobuslara üstünlük verilib. “BakuBus” MMC gələcəkdə də sərnişindaşıma sahəsində müasir standartlar səviyyəsində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə avtobus parkının yenilənməsi və müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra edilir.

Diqqətə çatdırılıb ki, “BakuBus” MMC tərəfindən ilk dəfə olaraq hava limanı ekspress xətti istifadəyə verilib. Müasirliyi və rahatlığı ilə seçilən 5 avtobus sərnişinləri metronun “28 May” stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə fasiləsiz olaraq daşıyır. Avtobusların sərnişin tutumu 48 yerlikdir.

Hazırda paytaxtın müxtəlif yerlərində, avtobus dayanacaqlarında “Bakıkart”ın ödəmə aparatları quraşdırılıb. Bundan başqa, “MilliÖn” aparatları da “Bakıkart” sisteminə inteqrasiya edilib. Sakinlər bu aparatlarda həm “Bakıkart” əldə edə, həm də kartın balansını artıra bilərlər.

Dövlət başçısına məlumat verilib ki, “BakuBus” MMC-nin ikinci deposunun ümumi ərazisi 8 hektardır. Ərazidə inzibati bina ilə yanaşı, köməkçi binalar, o cümlədən sürücü, tibb, təmir mərkəzləri, avtobusları yuma və gecə növbəsində işləyənlərin qalması üçün məntəqələr inşa edilib.

“BakuBus” MMC-nin ikinci deposu əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yaradılıb.

Deponun texniki təmir mərkəzi də müasir səviyyədə qurulub. Avtobuslara texniki baxış və təmir xidmətləri göstərmək üçün yaradılan mərkəzdə Almaniya və digər qabaqcıl ölkələrin istehsalı olan müxtəlif növ avadanlıq quraşdırılıb. Mərkəzdə eyni vaxtda 10 avtobusa xidmət göstərmək mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam