Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xalq artistinin erməni dostu barədə yeni bilgilər - FOTOLAR+VİDEOLAR

Aygün Kazımovanın erməni dostu barədə yeni bilgilər - təfərrüat (FOTOLAR+VİDEOLAR)

 

 

Xeberinfo.com:  Barəsində getmiş yazıya görə "Yeni Müsavat" qəzetini məhkəməyə verəcəyini bildirən və bəzi sənət dostlarının müdafiə etdiyi xalq artisti Aygün Kazımova ilə bağlı məsələni ölkə mediasında müəyyən ajiotaj doğurub. Kazımova haqqında açıqlanan faktları təkzib edir, üstəlik, qəzetimizi iftiraçı adlandırır.
 
Ona görə də bu mövzuya bir daha, həm də daha təfərrüatlı və sənədli-sübutlu çəkildə qayıtmaq vacib oldu.
 
Öncə ondan başlayaq ki, Aygün Kazımovanın erməniəsilli yaxın dostu Romazzo Ekmalyan və onun ailəsi haqqında redaksiyamıza yeni, ilginc məlumatlar daxil olub. 
Özünü modelyer kimi təqdim edən Ramazzonun vasitəsilə düşmən ölkə kəşfiyyatının agent şəbəkəsi qurduğu barədə ittihamlar var. Məlumata görə,  düşmən ölkənin xüsusi xidmət orqanları vaxtilə Ermənistanda yaşamış, sonradan Gürcüstana keçərək orada məskunlaşan Ekmalyan ailəsinin üzvləri üzərindən Azərbaycan və Türkiyədə agent şəbəkəsini qura biliblər. Həmin ailənin bir neçə üzvü barədə məlumatlar əldə etmişik. Məlumata əsasən özünü Romanı Şamanauri kimi təqdim edən Ramazzo Ekmalyan və ailəsi Qarabağ qaçqınıdırlar. Atası vaxtilə Ermənistanda polis işləyib və Qarabağda çoxlu sayda azərbaycanlı öldürüb.
Ramazzonun anası Marina Ekmalyandır. Ramazzonu digər qohumlarından fərqli olaraq anası sosial şəbəkələrdə gürcü soyadı ilə yanaşı, erməni soyadından da istifadə edir. Onun sosial şəbəkədəki profilində 23 qohumu var və hamısının soyadı erməni soyadından ibarətdir. Ailənin bir çox üzvü Gürcüstanda, digərləri Avropada və Rusiyada sığınacaq alıblar. 
 
 
Kristi Karapetyan Romazzonun xalası qızı, Karina Karapetyan isə xalasıdır. Bir müddət öz soyadları ilə sosial şəbəkələrdə olan ana-bala sonralar Kristi Kipaidze, Karina Nataşka adı ilə gizlənməyə çalışıblar. Lakin onların köhnə, əsl profillərini əldə etmək mümkün olub.
 
 
Məlumat üçün bildirək ki, Kristi bu yaxınlarda Aygün Kazımova ilə görüşüb. Aygün Kazımova sosial şəbəkədə bu görüşlə bağlı səmimi fotolarını paylaşıb. Bu görüşdən sonra Kristi anası ilə birgə Ermənistana gedərək rəsm sərgisinə qatılıblar. Sərginin sahibi isə uzun müddətdir ki, agentliklə məşğul olan məşhur erməni Şota Voskanyandır. Voskanyan sərgidən olan, Kristi və Karina Karapetyan ilə birgə olan fotolarını sosial şəbəkədə paylaşıb. Fotolardan məlum olur ki, onlar sərgidə  erməni dövlət adamları və deputatları yaxında görüşüb, danışıblar. Qeyd edək ki, Karapetyanların iki, gürcü və erməni vətəndaşlıqları var. Bu ailənin bir neçə üzvü Gürcüstanda, Avropada, Rusiyada sığınacaq alıblar.  Onlar gürcü adı ilə erməniləri reklam edir, rahat şəkildə Ermənistana erməni kimi gedib-gələ bilirlər.
 
 
Xatırladaq ki, ötən yazıda da qeyd etmişdik  ki, Ramazzonun da erməni və gürcü vətəndaşlığı var və onun saxta gürcü soyadı Şamanauridir. 
Ramazzo Romanı Şamanaurinin (Ekmalyan) əslində hansı peşənin sahibidir?
İddialara görə, o, heç də modelyer deyil. Ümumiyyətlə, onun paltar tikişi ilə bağlı nə savadı, nə də qabiliyyəti var. O, elə əvvəldən qadın alveri və şantajla məşğul olub və "peşə"sini bu gün də davam edir. Onun əli ilə zəngin iş adamlarının avtomobillərinə narkotik maddələr qoyulur və yaxud da içkilərinə dərman atılaraq huşsuz vəziyyətdə fotoları, videoları çəkilir. Bu yolla qısa  bir zamanda milyonlara sahib olub. Əbəs yerə onu İstanbulun "yeni Manukyanı" adlandırmırlar.
Ötən yazıdan bir xatırlatma verərək bildirək ki, o, bir neçə il bundan əvvəl Azərbaycandan, Rusiyadan və Ukraynadan Türkiyəyə maneken işləmək üçün gətirilən gənc qızların fahişəliyə cəlb etdiyi məlumdur. Bu barədə məlumat İstanbul insan alveri ilə bağlı mübarizə şöbəsinin  beynəlxalq immiqrant qaçaqçılığı ilə məşğul olan bir şəbəkəni tutmaq üçün təşkil etdiyi əməliyyat zamanı üzə çıxmışdı. Məlum olmuşdu ki, zaman-zaman Azərbaycanda keçirilən müxtəlif moda tədbirlərində fəxri qonaqlar sırasında yer alan, Roma ləqəbi ilə tanınan Ramazzo hər dəfə moda nümayişindən sonra modellərin pasportlarını əllərindən alıb, onlara Türkiyədə işlələyəcəklərini vəd edirmiş. Daha sonra isə qızlar zorla fahişəliyə cəlb edilirmiş.
 
Ramozzo Türkiyədən ömürlük deportasiya olunub.  Lakin saxta ad və pasportla qardaş Türkiyəyə və Azərbaycana rahat şəkildə daxil ola bilir. Bu günlərdə Ermənistanda keçirilən sərgidə o da olub. Lakin sərgidə olan fotolarını məlum məsələlərə görə paylaşmaqdan çəkinib. 
Mənbə iddia edir ki, Ramozzo qəsdən Aygün Kazımovanı amerikalı repçi Snop Dogun qucağında otuzdurub. Məqsəd onu və Azərbaycan xalqını aşağılamaq olub. Aygün Kazımova o layihə üçün hətta prezidentin ona verdiyi evi satdığını bildirmişdi. Həmin layihənin iflasa uğradığı barədə məlumatlar yayılmaqdadır. Ötən illərdə Türkiyə mediasında xalq artistinin qadın alveri ilə məşğul olduğu barədə məlumatlar yayılmışdı. Həmin məlumatlar təkcə Türkiyə deyil, erməni mətbuatında da geniş dərc edilib. Məqsəd Azərbaycanın xalq artistlərinin əxlaqsız olduğunu göstərmək olub. 
 
Ramazzo Ekmalyan ilə “Best Model Azərbaycan” yarışmasının qalibi, tanınmış model Günay Musayeva arasında da qalmaqal yaşanmışdı. Türkiyə mətbuatının yazdığına görə, 2011-ci ildə Ramazzo Türkiyədə çalışmaq üçün Günay Musayevadan  20 min dollar pul alıb, onun bir hissəsini mənimsəyib. Daha sonra isə 10 min dollar da alaraq tanınmış müğənni Tarkana, Sibel Cana paltar tikəcəyi barədə yalanlar uydurmuşdu. Yalnız Günay Musayevanın keçmiş həyat yoldaşı Tolqa Karel məsələyə müdaxilə etdikdən sonra qalmaqal səngimişdi.
Ramazzo Türkiyədə özünü azərbaycanlı kimi təqdim edirdi. Onun əməlləri çoxlarına məlumdur. Bu səbəbdən bir çox tanınmış türk sənətçiləri ondan uzaq durmağa çalışırdılar. 2012-ci ildə Ramazzo konsertlərin birində tanınmış sənətçi Tarkana yaxınlaşıb onunla şəkil çəkdirərək mətbuatda yayımlamışdı. Bundan qəzəblənən Tarkan vəkilləri vasitəsilə "Google" korporasiyasına məktub yollayaraq Ramazzo ilə olan fotosunun internetdə axtarış zamanı üzə çıxarılmamasını tələb etmişdi. Müğənni Ramazzonu tanımadığını, təsadüfən gəlib onunla şəkil çəkdirdiyini açıqlamışdı:
"O Ramazzo deyiləni tanımıram. Konsertdən sonra yanıma gələrək foto çəkdirmək istədiyini dedi. Xətrinə dəymək istəmədim. Onun nə işlə məşğul olduğunu da bilmirəm. Həmin fotoşəkli qəzetlərdə görəndə şoka düşdüm".
Bütün bu məlumatlardan belə qərar gəlmək olar ki, xalq artisti Aygün Kazımova ya bütün bunlardan xəbərsizdir, ya da ki, özü də erməni Ramozzo tərəfindən şantaj olunur. Mənbə iddia edir ki, hələ 2004-cü ildə Ramazzo xalq artistinin yerdə sərxoş vəziyyətdə yatarkən fotolarını çəkib. 
Başqa bir məlumata görə isə Ramozzonun xalası qızı Kristina erməni agentləri ilə əlbir olub bu yaxınlarda Bakıya şantaj layihələrini həyata keçirməyə gələcək...
Beləliklə, xalq artisit hansısa media orqanını məhkəməyə verməzdən öncə öz dostlar dairəsinə nəzər salsın və unutmasın ki, dərinə endikcə boğulmaq ehtimalı da artır.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam