Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çovdarovun bayquş ulayan malikanələri

Ləğv olunan Milli Təhləküzlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, çoxsaylı ağır cinayətlərdə ittiham olunaraq həbs edilən general Akif Çovdarovun evlərinə və obyektlərinə istintaqın qərarı əsasında həbs qoyulub.

Xeberinfo.com:  Bu haqda moderator.az yazır.

Xəbərə əsasən, Çovdarovun Badamdar qəsəbəsində, “Kempinski Hotel”in yaxınlığında yerləşən 3 malikanəsinə heç kimin buraxılmadığını generalın qonşuları təsdiq ediblər. Çovdarovun vəkili Sadiq Rəsulov bu məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, Çovdarovun həbsi ərəfəsində onun Badamdardakı malikanələrində günlərlə davam edən axtarış aparılmışdı. Bu malikanələrdən birində Çovdarovun özü, digərində isə oğlanları yaşayıb. Çovdarovun həbsindən sonra onun ailə üzvləri həmin malikanələri tərk ediblər. Evlər xüsusi nəzarətdə olub.

Çovdarovun malikanələri təkcə Badamdarda deyil. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli” kimi tanınan generalın Bakının digər yerlərində və bir neçə rayonda da imarətlərinin olduğu məlumdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam