Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Nərimanovda Mülki Müdafiə günü ilə bağlı tədbir - FOTOLAR


         

       Xeberinfo.com:  Bugün Nərimanov rayonunda yerləşən S.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Nərimanov Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin Nərimanov rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə birlikdə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş “Mülki Müdafiə və yeni informasiya texnologiyaları” mövzusunda tədbir keçirilmişdir.

         Tədbirdə Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin Əhalinin Mühəndis Mühafizəsi Xidmətinin rəisi, polkovnik Z.Məmmədrzayev, Nərimanov rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, mayor Kərim Rəhimov və şöbənin məsul əməkdaşları, FHN Bakı Regional Mərkəzinin baş leytenantı N.Dərgahov, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Toğrul Əliyev, gimnaziyanın direktoru Xuraman Osmanova, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

         Tədbirin keçirilməsində əsas məqsəd əhalinin və şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə, kollektiv mühafizə qurğularında daldalanmaq qaydalarını nəzəri və əməli cəhətdən öyrətmək olmuşdur.

         Tədbir iştirakçıları məktəbdə bir neçə açıq dərslərdə iştirak etmişlər.

 

         Yekunda məktəb şagirdlərinin iştirakı ilə təlim prosesi həyata keçirilmişdir. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdirmişlər.












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam