Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı milyarder ən varlı türklər sırasında

7574

“Forbes” dünyanın ən varlı türklərinin adını açıqlayıb.

Xeberinfo.com:  ANS-in məlumatına görə, bu il 10-cu dəfə hazırlanan siyahıda 100 nəfərin adı var. İş adamlarının sərvətinin ümumi həcmi 100 milyard dollardan çoxdur. Siyahıda 18 yeni milyonçunun adı var. Ötən il olan ən varlı qadınların sayı 7 olsa da bu il bu rəqəm 5-ə düşüb. 
Siyahının birinci pilləsində Murat Ülker qərarlaşıb. Onun ümumi sərvəti 4,4 milyard dollardır. 56 yaşlı iş adamının 3 övladı var. O, ötən il də “Forbes”in siyahısında lider idi.
İkinci sırada isə Hüsnü Özyeğinin adı gəlir. Onun sərvəti 2,7 milyard dollardır. 70 yaşlı iş adamı 2007-ci ildən bu yana siyahıların ilk üçlüyündə yer alır.

İlk üçlüyü qadın iş adamı qapayır. Semahat Sevim Arselin 2,6 milyard dollar sərvəti var. Onun 86 yaşı var.
Siyahıda Azərbaycandan olan iş adamının da adı var. Söhbət Mübariz Mənsimovdan (Qurbanoğlu) gedir. O, 20-ci pillədə qərarlaşıb. “Palmali” şirkətlər qrupunun qurucusunun sərvəti 1,3 milyard dollar qiymətləndirilir. Bakıda doğulan 47 yaşlı iş adamının 3 övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam