Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İcra hakimiyyətindən təkzib: “O kənd bizim deyil”

goranboyy_g

 

Müdafiə Nazirliyinin cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə bağlı gündəlik məlumatları yayılır və erməni silahlı bölmələrinin hansı istiqamətdə atəş açdığı bildirilir.

 

Xeberinfo.com:  Müdafiə Nazirliyi tərəfindən adları açıqlanan istiqamətlər arasında qeyd edilən Talış kəndi Goranboy rayonun ərazisi kimi göstərilir. Amma əslində…
Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı kənd erməni işğalçılarından azad edilib. 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar. Talış kəndi döyüş bölgəsinə yaxın məsafədə yerləşir və Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Həmin kəndki erməni silahlı bölmələri mütəmadi olaraq atəşkəs rejimini pozurlar.
Müdafiə Nazirliyinin xəbərlərində kəndin aid edildiyi Goranboy rayon İcra Hakimiyyəti başçısının I müavini Elçin Cahangirov Modern.az-a açıqlamasında Talışın onlara aid olmadığını bildirib.
“Goranboyda Talış kəndi yoxdur. Tərtər rayonunun kəndidir. Sadəcə, həmin kənd Tərtərlə Goranboy rayonları arasında sərhəddə yerləşir. Goranboyun cəbhə istiqamətində Talış kəndi ilə sərhəd kəndi Tapqaraqoyunlu və Tap kəndləridir. Həmin kənd Goranboya yaxın olduğu üçün belə deyirlər, amma bu məlumat səhvdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam