Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“İlhamə kimilər Azərbaycan mədəniyyətini və əxlaqını məhv ediblər”

Aslan İsmayılov: “İlhamə kimilər Azərbaycan mədəniyyətini və əxlaqını məhv ediblər”

Tanınmış hüquqşünas müğənni barəsində səsləndirdiyi sərt, tənqidi fikirlərə görə hər hansı təqib və ya təzyiqlə üzləşməşdiyini deyib

 

Xeberinfo.com:   Məlumata görə, hüquq müdafiəçisi Aslan İsmayılov müğənni İlhamə Quliyevanın Bakı Şəhər Prokurorluğu tərəfindən dindirilməsinə münasibət bildirib. Hüquqşünas bu cür məsələlərdə mətbuatın, ictimai qınağın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Bu, gələcək ilhamələrə də dərs olmalıdır. Bilməlidirlər  ki, bu gün onları qızışdırıb ora-bura hücum çəkdirənlər sabah arxalarından çəkilib onları daş-qalaq edəcəklər. Belə də olmalıdır. Çünki İlhamə kimilər Azərbaycanın incəsənətini, mədəniyyətini və əxlaqını məhv ediblər. Onlar telekanalları əllərində bayraq edərək həmişə qız-gəlinlərimizə təbliğ edirlər ki, abırlı-həyalı olmaq sərfəli deyil, İlhamə kimi olmaq lazımdır ki, istədiyini edəsən, pulun-paran olsun. 
Bütün bunların sonu olub-olmayacağı da ancaq sizdən, məndən, xalqdan aslıdır. İctimai qınaq olmayan yerdə İlhamələr yenə olacaq, hətta ondan betərləri də”.
Hüquqşünas efirlərdə müğənniyə yaltaqlanan şəxslərin ikrah hiss doğurduğunu deyib:
“Telekanallarda az qala onun əlindən öpürdülər. Yekə, bığıburma kişilər ona elə təriflər deyirdilər ki, adam az qala yerə girsin”. 
Aslan İsmayılov bir neçə gün bundan əvvəl müğənni barəsində səsləndirdiyi sərt, tənqidi fikirlərə görə hər hansı təqib və ya təzyiqlə üzləşməşdiyini bildirib:
“Əsla istəmirəm ki, ötən çıxışımı da İlhamə ilə bağlı olduğunu fikirləşsinlər. Ona görə ki, İlhamənin kim və nəçi olduğu hamıya, o cümlədən mənə də bəllidir. Mənim sözüm ona yox, İlhaməni o səviyyəyə çatdırıb bu millətə sırıyanlara idi. İlhamə heç kimdir! Nə savadı, sənəti, nə də cəsarəti ilə telekanallarda at oynatmağa layiq deyildi! 
Bu gün Azərbaycanda incəsənət sahəsində bütün dünyanın, o cümlədən xalqımızın tanıdığı Zeynəb Xanlarova var. Amma bu günədək heç kim, heç vaxt Z.Xanlarovanın onun kimi, o cür hikkəli danışdığını görməyib. 
İlhaməni bu cür edən onun arxasında duranlardır. Mənim dediyim o cür sərt, tənqidi ifadələr onlara ünvanlanmışdı. 
Səsləndirdiyim fikirlərə görə mənə qarşı heç bir təqib, təzyiq olmadı. Bunu tam səmimi deyirəm, mənə bir kəlmə belə söz deyən olmadı”.
Xatırladaq ki, müğənni İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın ictimailəşdirdiyi fakt və ittihamlar böyük rezonans doğurub. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan M.Hüseynova redaksiyamıza ünvanladığı məktublarında İlhamə Quliyeva tərəfindən şəxsiyyətinin alçaldığını, işgəncələrə, hədə-qorxulara məruz qaldığını vurğulayıb. Bununla əlaqədar olaraq tanınmış hüquqşünas Aslan İsmayılov hüquq-mühafizə orqanlarına səslənərək köməkçinin göstərdiyi, irəli sürdüyü bütün dəlillərin dərindən araşdırılmasını, ciddi şəkildə yoxlanılmasını istəmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam